azia.az
azia.az

“Qanuni oğru” erməni diplomatını belə “sındırdı”: “Nə vaxtdan sən...”- DİALOQ

27-09-2017, 15:40

“Qanuni oğru” erməni diplomatını belə “sındırdı”: “Nə vaxtdan sən...”- DİALOQ


Karlovi-Varıda Ermənistanın diplomatik pasportunu daşıyan Ruben Tatulyanın təşəbbüsü ilə keçirilən "oğru sammiti"nin detalları məlum olub.

Cebhe.info xəbər verir ki, polisin müdaxiləsi ilə yarımçıq kəsilən "sxodka"da iştirak edənlərdən biri də Kolya Tomski ləqəbli Nikolay Kuzmıçev olub.

Ancaq onun üstündən Dmitri Zabrodinin adına olan pasport tapılıb. İstintaq zamanı fotoşəkillərdən saxlanan şəxsin məhz "qanuni oğru" Kolya Tomski olduğu dəqiqləşdirilib. O da himayədarı Qela Kardava kimi xarici ölkələrdəki "sxodka" lara əsasən saxta sənədlərlə gedir. Qela Kardavanın özündən isə Oleq Qolombanın adına verilən pasport tapılıb.

Məlumatlara görə, Ruben Tatulyanın "sxodka"ya hazırlıq xəbəri çıxan kimi Qayoz Zvidadze dərhal Karlovı-Varıya gedərək onu gözləməyə başlayıb. Robson ləqəbli Ruben Tatulyan bunu bildikdən sonra onunla tanış olmaq istəyib və Qela Kardavadan onları tanışdırmağı xahiş edib. Görüşdə axtarışda olan bir neçə kriminal "general"la yanaşı iş adamları da iştirak edib.

Tanışlıqda müzakirə edilən əsas mövzu Robsona yaxın adamın Türkiyədə döyülməsi olub. Tatulyan və Zvidadze arasında aşağıdakı kimi dialoq olub:

-Sənin yaxının... Bəs sən özün kimsən?
-Mən? Mən Robsonam!
-Bu, mənə heç nə demir!
-Robson Soçinski.
-Bunu anladım. Həyatda sən kimsən?
-Hm... Mən kommersantam. Ancaq “oğru” aləmi üçün çoxlu yaxşı işlər görmüşəm.
-Buna görə, əlbəttə ki, sağ ol. Ancaq nə zamandan frayerlər (kriminal aləmdə bu söz cinayət dünyasına aid olmayan şəxslər bardə işlədilir) "oğuruların" işinə müdaxilə edir?


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi