azia.az
azia.az

ADU aksiya keçirən tələbələrə güzəşt etdi - Qərar

31-05-2017, 14:24

ADU aksiya keçirən tələbələrə güzəşt etdi - Qərar


Bu gün Azərbaycan Dillər Universitetində Elmi Şuranın genişləndirilmiş iclası keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Elmi Şuranın üzvləri və Təhsil Nazirliyinin nümayəndələrinin iştirak etdiyi iclasda tədris ilinin ikinci yarısının yekunları və yay imtahan sessiyasına hazırlıq müzakirə olunub.

Universitetin mətbuat katibi Araz Ağayev bildirib ki, tələbələrin istəyi nəzərə alınaraq yekun dövlət imtahanında iki variant təklif olunub. Tələbələr ya test üsulu ilə imtahan verməyi, ya da hesabat işi yazmağı seçə bilərlər.

Bundan başqa, yekun imtahanların uğurlu aparılması üçün yay imtahan sessiyasının müddəti uzadılıb. Tələbələr iki fənn üzrə imtahan verəcəklər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi