azia.az
azia.az

Sumqayıt Bələdiyyəsinin yaşıllıq qətlamı

3-07-2016, 14:00

Sumqayıt Bələdiyyəsinin yaşıllıq qətlamı Sumqayıt Bələdiyyəsinin yaşıllıq qətlamı

İqtisadi və sosial vəhdət cəmiyyətin inkişafında mühüm faktordur. Bu baxımdan iqtisadiyyat və sosial obyektlərinin əlahiddəliyi və uyğunluğu iqtisadiyyatın sosiallaşmasına güc verən qlobal, regional və lokal aspektləri bir araya gətirərək ölkəmizin inkişafına nail olmaq dövlət siyasətinin əsas prioritetlərindən biridir. Bütün sivilizasiya yaranışları insan faktoruna, onun kapital dəyərinə istinad edir. Sosial infrastrukturun yaradılması zamanı iqtisadi və sosial təhlükəsizlik amilini çox təəssüflər olsun ki, bəzi məmurlar və bəklədiyyə işçiləri yaddan çıxarmaqla yanaşı, vətəndaşlar arasında sosial ədalətsizlik faktorunun yaranmasına gətirib çıxarırlar.
Çox təəssüflər olsun ki, bəzi vəzifəli şəxslər demokratik inkişaf yolunda inamla irəliləyən, neqatin hallara və korrupsiya qarşı mübarizədə, dünya ölkələri tərəfindən rəğbətlə qarşılanan Azərbaycan modelinin tətbiq olunmasına, həmin məmurların qeyri-qanuni, qeyri-insani əməllərinə qarşı sərt mövqe və cəza tədbirlərini tətbiq edilməsinə baxmayaraq bəziləri hələ də öz çirkin əməllərindən əl çəkmirlər.
12 oktyabr 2015-ci il tarixdə Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda Siz yekun nitqində demişdiniz:
- Əlbəttə, vətəndaşlardan da çox şey asılıdır. Mən dəfələrlə çıxışlarımda vətəndaşlara müraciət edərək onları daha da fəal olmağa çağırmışam. İctimai nəzarət gücləndirilməlidir. İctimai nəzarət olmadan korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizədə biz qalib gələbilmərik. Ona görə, dövlət siyasəti, güclü siyasi iradə artıq özünü göstərir və müsbətə doğru dəyişikliklər də var. İnstitusional tədbirlərgörülür, islahatlar aparılır və bu mübarizə geniş ictimai dəstəyə də malikdir. Ancaq bu dəstək daha da fəal olmalıdır.
Redaksiyamıza daxil olmuş məlumatda bildirilirdi ki, Sumqayıt Şəhəri, Ceyranbatan qəsəbəsində “Yaşıl dərə” adlanan yeni yaşayış massivində yolkalıq və məhləarasi yollar Sumqayıt Şəhər Bələdiyyəsi tərəfindən vəzifəli şəxslərə satılaraq, yaşıllıqlar amansızcasına məhv edilir, sakinlərin evlərinə gediş-gəlişinə maneələr yaradılır.
Sumqayıt Bələdiyyəsinin yaşıllıq qətlamı
Daxil olmuş informasiyanı “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq araşdırmaq üçün sözügedən ünvanda olduq. İnformasiya öztəsdiqini tapmaqla yanaşı, gördüklərimiz bizi dəhşətə gətirdi. Çoxillik yolka və şam ağacları amansızcasına qırılıb yandırılmış, kənd təsərrüfatı təyinatlı torpaqlarda fərdi yaşayış evinin tikintisi məqsədilə vətəndaşlara satılmış torpaq sahələrinin ayrılması və fərdiyaşayış evlərinin tikintisi Azərbaycan Respublikasının şəhərsalma və tikinti qanunvericiliyi tələblərinin kobud şəkildə pozulması ilə aparılmış və aparılmaqdadır.
Azərbaycan Respublikasının şəhərsalma və tikinti qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, bu Məcəllədən və digər normativ hüquqi aktlardan ibarətdir.
Həmin qanunvericiliyin tələblərinə görə şəhərsalma fəaliyyəti – Azərbaycan Respublikası ərazisinin və ya ərazi hissələrinin inkişafının ümumi məkan konsepsiyasının və torpaqdan istifadənin əsas istiqamətlərinin müəyyən edilməsi, ərazilərin planlaşdırılması, tikintisi və abadlaşdırılması, məskunlaşma sisteminin formalaşdırılması və inkişafı, əhalinin məşğulluğunun tənzimlənməsi, ətraf mühitin, tarixi landşaftın və tarix və mədəniyyət abidələrinin mühafizəsi üzrə həyata keçirilən fəaliyyətdir.
Yenə də həmin qanunvericiliyə görə məskunlaşma sistemi – insanların sağlam və təhlükəsiz yaşayış, iş və istirahət şəraiti ilə təmin edilməsi, habelə ətraf mühitin mühafizəsi və bərpası məqsədilə şəhərlərin və digər yaşayış məntəqələrinin məkan baxımından təşkilidir.
Sumqayıt Şəhər Bələdiyyəsinin sədri Sultan müəllim Sumqayıt Şəhər Bələdiyyəsinin Ceyranbatan qəsəbəsində yerləşən “Yaşıl dərə” adlanan ərazidə torpaqları vətəndaşlara təyinatına görə deyil, öz “büdcəsinin” zənginləşdirilməsi məqsədilə satır. Belə olmasaydı qanunvericiliyin tələblərinə əməl edərdi.
Azərbaycan Respublikası prezidenti İlham Əliyev cənabları Torpaqların qorunması və təyinatına görə istifadə edilməsi barədə dəfələrlə sərəncamlar imzalamış, göstərişlər vermişdir. Bələdiyyə sədri Sultan müəllimin qaz vurub, qazan doldurmaq eşqi isə qanunlarımızı saymamazlığa gətirib çıxarır.
Sumqayıt Bələdiyyəsinin yaşıllıq qətlamı
Çox təəssüflər olsun ki, yaşıllıqların qətlamı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Sumqayıt ərazi idarəsinin başbilənlərinin gözləri qarşısında baş verir. Başverənlərə münasibət öyrənmək istədikdə isə çox qısa cavab verirlər: - bu haqqda əlaqədar qurumlara şikayət etmişik.
Ərazidə “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq araşdırma aprarkən Sumqayıt şəhərinin yeraltı kommunikasiya qurğularının yerləşdiyi ərazilərinin qorunma zolağı daxil olmaqla həmin xətlərin yerləşdiyi ərazilərin də vətəndaşlara həyətyanı torpaq sahəsi kimi satılması faktı da aşkar olunmuşdur.
Yazıda göstərilənlərə təqdim olunmuş şəkillərə baxmaqla özünüz qiymət verin əziz oxucular.
Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq.

“Xəbərfakt.Az”
Sumqayıt Bələdiyyəsinin yaşıllıq qətlamıSumqayıt Bələdiyyəsinin yaşıllıq qətlamıSumqayıt Bələdiyyəsinin yaşıllıq qətlamıSumqayıt Bələdiyyəsinin yaşıllıq qətlamıSumqayıt Bələdiyyəsinin yaşıllıq qətlamıSumqayıt Bələdiyyəsinin yaşıllıq qətlamıSumqayıt Bələdiyyəsinin yaşıllıq qətlamıSumqayıt Bələdiyyəsinin yaşıllıq qətlamı


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi