Sumqayıtın üçüncü girişi belə olacaq: parklar, yaşıllıq…
Sumqayıt şəhər İcra hakimiyyətinin başçısı Zakir Fərəcovun tapşırıqlarına əsasən 7,5 kilometr uzunluğu olan Sahil küçəsinin genişləndirilməsinə başlanılıb və bu proses hazırda uğurla icra olunur.
Bununla yanaşı Sumqayıtın 3-cü girişi sayılan Novxanı-Sumqayıt yolunda olan hasarlar müasir və klassik üslubda yenidən üzlənir. Yolun hər istiqamətində piyadaların rahat hərəkətinin təmin edilməsi üçün səkilər qoyulur. Yolboyu yaşıllıqların da salınmasına start verilib. Eyni zamanda, yolun Coratdan keçən hissəsində və Göz xəstəxanasının aşağı hissəsində sakinlərin istirahətinin təşkil edilməsi məqsədilə parklar salınır.
Kiçik memarlıq formaları parklara xüsusi gözəllik verəcək. xeberle.com