azia.az
azia.az

“Polad Bülbüloğlu mənimlə fəxr etdiyini söylədi” - Roza

26-07-2024, 10:11

Müğənni Roza Zərgərli Qazaxıstanda TÜRKSOY tərəfindən keçirilən konsertdə Xalq artisti Polad Bülbüloğlu ilə rəqs etməsi barədə danışıb.

OLAY yazır ki, ifaçı bu barədə 106.3 FM-də Kazım Sübhanın “Şou-Mall” verilişində qonaq olarkən söz açıb:

“O, oxuyanda mən kulisdə oynayırdım. Bütün Xalq artistləri, görkəmli sənətkarlar arxamdan itələdi ki, səhnəyə çıx. Yoxsa, mən səhnəyə çıxmağa utanardım. Sənətkardır, onun səhnəsinə girmək tərbiyəsizlikdir – mən elə sayıram. Amma hərə bir tərəfdən dedi, çıxdım. O da məni gördü, bildi ki, elə addım atmaram.

Ziyafətdə də çox gözəl sözlər dedi, çox fəxr etdiyini söylədi. Bu, mənim üçün ən böyük tərifdir. O mənim üçün ən böyük şöhrət idi. Çünki uşaqlıqdan pərəstişkarı olmuşam. Bundan başqa, dahi Bülbülün yadigarıdır – ona toxunmaq, salamlaşmaq, bir foto çəkdirmək əbədi bir yadigardır”.

Qeyd edək ki, R.Zərgərli Qazaxıstanda rəsmi şəxslərlə görüşmüş və Karaqanda şəhərində səhnə almışdı.

  


Paylaş:



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi