Qazlı içki, dondurma və saqqızdakı TƏHLÜKƏ
Tədqiqatçıların fikrincə, xüsusilə yeni nəsil “neotam” adlı süni dadlandırıcının iltihablı bağırsaq sindromunu və sepsisi tətikləmə potensialına malik olduğu müəyyən edilib.
Mütəxəssislərin dediyinə görə, araşdırma pəhriz üçün nəzərdə tutulan şəkərsiz qida və içkilərdə də olan bu cür maddələrin yüksək səviyyədə istehlakının ciddi sağlamlıq problemlərinə səbəb ola biləcəyinə dair sübutları artırır.
Viral.az medicina.az-a istinadən xəbər verir ki, şəkərin dadını təqlid edən şəkər əvəzedicilərin daha sağlam və daha az kalorili olduğu düşünüldüyü üçün uzun müddətdir onlara üstünlük verilir.
Lakin İngiltərədəki Anglia Ruskin Universitetinin araşdırması onun faydalı bakteriyalara zərər vermə potensialına malik olduğunu sübuta yetirdi. Hüceyrələr üzərində aparılan sınaqlar bu maddələrin bağırsaq divarının bir hissəsini təşkil edən maneəni də qıra bildiyini və insanları ciddi sağlamlıq problemləri ilə üzləşdirdiyini ortaya qoydu.
Bu dəyişikliklər tip 2 diabetin xəbərçisi olan qıcıqlanmış bağırsaq xəstəliyi, sepsis və ya insulin müqaviməti kimi metabolik və iltihablı xəstəliklərə səbəb ola bilər.
“Hazırda saxarin, sukraloza və aspartam kimi dadlandırıcıların sağlamlığa təsirləri barədə artan məlumatlılıq var, eyni zamanda əvvəlki araşdırmalarımız onların bağırsaq divarında yarada biləcəyi problemləri də ortaya qoyur. Buna görə də, daha yeni təqdim edilən dadlandırıcıları da araşdırmaq vacibdir”, – araşdırmanın baş müəllifi Dr. Havori Çiçger bildirib.
Qeyd edək ki, araşdırmanın nəticələri “Frontiers of Nutrition” jurnalında dərc olunub.