Deputatın polisi döydüyü restoran satışa çıxarıldı - FOTO
Milli Məclisin həbs edilən deputatı Eldəniz Səlimovun polis əməkdaşı Zaur Mirzəyevi döydüyü Xaçmaz rayonunun Bakı prospektində yerləşən “Starıy dvor” restoranı satışa çıxarılıb.
Azia.az "bakupost.az"-a istinadən xəbər verir ki, artıq restoranın üzərinə “Satılır” yazılan lövhə də vurulub.
Restorandan bildirilib ki, əmlak 400 min manata satılır. 600 kvadrat olan obyektin 10 sot həyətyani bağ sahəsi də var.
Məlumat üçün bildirək ki, hadisə baş verən zaman restoranın deputata məxsus olduğu iddia olunurdu.