azia.az
azia.az

MM deputatın polisi döyməsini təsdiqlədi, polis Bakıya çağırıldı – İş Vilayət Eyvazovun nəzarətində

30-07-2021, 17:51

“Artıq Daxili İşlər Nazirliyi iyulun 29-da Xaçmaz rayonunda Milli Məclisin deputatı Eldəniz Səlimovun Xaçmaz Rayon Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Şöbəsinin polis əməkdaşı Mirzəyev Zaur Cavanşir oğlunu döyərək ona xəsarət yetirməsi faktını təsdiqləyib. Bu o deməkdir ki, ortada qanun pozuntusu var”.
MM deputatın polisi döyməsini təsdiqlədi, polis Bakıya çağırıldı – İş Vilayət Eyvazovun nəzarətində
Xəbər verilir ki, bunu Milli Məclisin İntizam komissiyası sədrinin müavini, deputat Fəzail Ağamalı deyib.

Onun sözlərinə görə, deputat Eldəniz Səlimov tərəfindən qanun pozuntusuna yol verildiyinə görə məsələ İntizam komissiyasının gündəliyinə salınacaq və müzakirə olunacaq.

Bakupost.az-ın əldə etdiyi məlumatda isə bildirilir ki, ötən gün Xaçmaz rayonunda millət vəkili Eldəniz Səlimovun polisi döyərək xəsarət yetirməsi faktı ilə bağlı araşdırmanı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov şəxsən nəzarətə götürüb.

Xaçmaz Rayon Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Şöbəsinin polis əməkdaşı Zaur Cavanşir oğlu Mirzəyev məsələ ilə bağlı Bakıya çağırılıb. Z.Mirzəyevin ilkin ifadəsi Daxili İşlər Nazirliyinin istintaq idarəsində alınıb və fakta hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa müraciət edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidməti hazırda Baş Prokurorluğun İstintaq İdarəsinin faktla bağlı araşdırmalara başladığını təsdiqləyib.

Qeyd edək ki, hadisə 28 iyul gecə saatlarında baş verib. Deputat Eldəniz Səlimov qohumuna aid restoranların birində yeyib-içərkən polis əməkdaşları gələrək, artıq gecə 12 olduğunu bildirib və restoranın artıq fəaliyyətini dayandırmalı olduğunu bildiriblər. E.Səlimov isə polislərdən restoranı tərk etməyi tələb edib. Bu vaxt mübahisə yaranıb və o, polis əməkdaşı Zaur Mirzəyevə hücum edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi