Ordumuzun atəşi nəticəsində erməni hərbçinin ölümü xəbəri həqiqətə uyğun deyil - Nazirlik
Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətində guya Azərbaycan Ordusu bölmələrinin atəşi nəticəsində erməni hərbi qulluqçunun həlak olması barədə Ermənistan tərəfinin yaydığı məlumat həqiqətə uyğun deyil.
Bu barədə Azia.az-a Müdafiə Nazirliyindən bildiriblər.
"Əksinə, gün ərzində Ermənistan silahlı qüvvələri tərəfindən müxtəlif istiqamətlərdə Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub. Qarşı tərəfin guya bölmələrimizin itki verməsi barədə yaydığı məlumat da yalandır", - deyə nazirlikdən əlavə ediblər.