Qaragöl ətrafında hərbçimizin həlak olması barədə ermənilərin yaydığı məlumat yalandır - RƏSMİ
Ermənistan tərəfinin dövlət sərhədi istiqamətində Qaragöl ətrafında Azərbaycan Ordusunun bölmələrinin guya təxribat törətməsi və bir hərbçimizin həlak olması barədə yaydığı məlumat yalandır.
Bu barədə Müdafiə Nazirliyindən Azia.az-in sorğusuna cavab olaraq bildiriblər.
Qarşı tərəf bu kimi yalan məlumatlarla törədəbiləcəyi diversiyalarına zəmin yaratmağa cəhd göstərir.