azia.az
azia.az

Muxtar respublikada qanunvericiliyin tələblərini pozmuş 32 əcnəbi aşkarlanıb

10-08-2021, 16:18

Muxtar respublikada qanunvericiliyin tələblərini pozmuş 32 əcnəbi aşkarlanıb
Naxçıvan Muxtar Respublikasında miqrasiya proseslərinə dövlət nəzarətinin gücləndirilməsi, qanunsuz miqrasiyanın qarşısının alınması məqsədilə Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirilən tədbirlər uğurla davam etdirilir.

Azia.az-a istinadən xəbər verir ki, ötən ay xidmət tərəfindən muxtar respublika ərazisində qanunsuz yaşayan və qeydiyyatsız olan, habelə müvəqqəti yaşamaq üçün icazə vəsiqəsini itirən 32 əcnəbi aşkarlanaraq, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq barəsində müvafiq tədbirlər görülüb.

İyul ayında Dövlət Miqrasiya Xidmətinə, ümumilikdə, 529 müraciət daxil olub.

Daxil olan müraciətlərdən 135-i əcnəbilərə Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazənin verilməsi, əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazəsinin verilməsi, müvəqqətiolma müddətinin uzadılması, eləcə də vətəndaşlıq məsələləri ilə bağlıdır.

Müraciətlərin hər biri ayrı-ayrılıqda Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə əsasən araşdırılıb, müvafiq qərarlar qəbul edilib.

Ötən dövrdə olduğu yer üzrə qeydiyyatla bağlı 394 müraciət qeydə alınaraq icrası təmin olunub, həmin müraciətlərdən 103-ü elektron xidmətlər portalı və elektron poçt üzərindən qəbul edilib.

Dövlət Miqrasiya Xidməti tərəfindən fəaliyyət istiqamətlərinə uyğun olaraq maarifləndirmə tədbirləri aparılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi