Türk iş adamı azərbaycanlı generalı məhkəməyə verdi – Naxçıvanda qalmaqal
Türkiyəli iş adamı Oba Ali Serdar Azərbaycanın yüksək vəzifəli məmurunu məhkəməyə verib.
Oba Ali Serdar Fahri oğlu Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi, general-leytenant Şahin Nəbiyevlə bağlı məhkəməyə şikayət edib.
İnzibati orqanların aktları və hərəkətləri ilə bağlı işə Naxçıvan Ali Məhkəməsində baxılacaq.
Qeyd edək ki, 2016-cı ilin mart ayında Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun müvafiq əmri ilə Şahin Nəbiyev Muxtar Respublikanın Dövlət Miqrasiya Xidmətinin rəisi təyin edilib.