Sabiq deputat Rasim Məmmədovla bağlı sensasion açıqlamalar verdi - 2 MİLYARDA YAXIN QAZANIB
Azərbaycanın metallurgiya sənayesindəki əsas monopolisti olan “Baku Steel Company”nin sahibi Rasim Məmmədovun həbsi gözlənilməz oldu.
Belə ki, uzun illər ərzində bu sahədə çalışan iş adamlarını məhv etdirən Rasim Məmmədovun “kəsdiyi başa sorğu yox idi”.
Onun tələbi ilə metal istehsal edən iş adamları müəssisələrini bağlamadıqda “bandotdel”də buna razılaşmalı olurdu.
Bu gün onlarla iş adamı məhz Rasim Məmmədovun cinayətlərinin qurbanı olub.
Milli Məclisin sabiq deputatı Nazim Məmmədov da onlardan biridir.
Onu da vurğulayaq ki, Nazim Məmmədov Rasim Məmmədova qarşı illərdir ki, mübarizə aparan şəxslərdən olub.
Gununsesi.info-ya müsahibəsində Nazim Məmmədov “Baku Stell Company”nin rəhbərinin həbsindən danışıb. O, bildirib ki, DTX-ya zərərçəkən şəxs kimi müraciət etməyi planlaşdırır.
Onun sözlərinə görə, Azərbaycanda metal sahəsindəki monopoliya 2009-2010 – cu illərdə Rasim Məmmədov ora icraçı direktor təyin olunduqdan sonra başlayıb: “Onun bir tərəfi 2012-ci ilə gəlib çıxıb. 2012-ci ildə açıq olaraq 20-dən yuxarı metal istehsalçılarına qarşı reyder hücumu təşkil olunub, o cümlədən mənim də təsisçisi olduğum “Ataxan Dəmir Sarayı” Türkiyə-Azərbaycan birgə müəssisəsinin istehsal sahəsi zorla dayandırılıb və Rasim Məmmədovun qoçu dəstələri bizi həmin zavodun istismarından məhrum edib. Baxmayaraq ki, həmin gün hüquq – mühafizə orqanlarına (102-yə) zəng olunub, polisə şikayət olunub, dəvət olunub, polis gəlib baxış keçirib gedib. Rasim Məmmədovun adamları polisə nə deyib, bu, bəlli olmayıb. Müəssisə zorla dayandırılıb,həmin gün müəssisənin direktorunu həmin qoçu dəstələri götürüb aparıblar. O zaman mən bunu açıqlamışdım və ona açıq şəkildə deyilib ki, siz işləməyəcəksiniz. Mən Rasim Məmmədova zəng edib maraqlanmışam ki, bu nə məsələdir, eyni hüquqa malik olan şirkətlərdir. Niyə,bizim müəssisəni bağladırsız? O əvvəlcə mənə Siz kimsiz ki, mənə zəng edirsiz və ora türkündür, türk gedib Türkiyədə zavod açsın. Mən isə söyləmişəm ki, yanlış fikirdir. Azərbaycan qanunvericiliyinə görə, mən orada icraçı təsisçiyəm. Biz öz işimizlə məşğuluq. Siz Vergilər, yaxud, Fövqəladə Hallar Nazirliyisiniz, yoxsa,Standartlaşdırma Komitəsisiniz? Sizin hansı bir hüququnuz var ki, bizim işçiləri istehsal sahəsindən çıxarırsınız və gözətçi qoyursunuz?
Qısa dioloqdan sonra telefonu bağladı, mən məcbur olub, ANS televiziyasına, Azadlıq radiosuna və digər mətbuat orqanlarına müraciət etdim. Çıxışlar etdim və canlı yayımlara çıxdım. Bir az səs-küy oldu və Rasim Məmmədov bir neçə gün sonra özü mənə zəng etdi ki, nə səs – küy salmısan, bizə belə tapşırıq verilib, mən tapşırığı yerinə yetirirəm. Mən isə söylədim ki, sizə belə tapşırıq verilə bilməz. Əgər kimsə bu sahəni mühasirəyə alırsa bu, qanuna ziddir. Bu o demək deyil ki, biz öz əmlakımızdan, mülkümüzdən məhrum edilməliyik, bu qədər ziyana düşməliyik. O isə belə cavab verdi ki, Sizin nə əmlakınız, nə mülkünüz var ki, bir balaca sexiniz var. Ona dedim ki, hər nəyimiz var, biz halal pulumuzla almışıq və 1 milyon manat nizamnamə kapitalı olan Türkiyə-Azərbaycan müəssisəsidir. Qanunla qorunan müəssisədir. Baxdım ki, bu adamın nə qanundan nə qaydadan xəbəri yoxdur, ya da özün bilməməzliyə qoyub. Təklif etdik ki, görüşək, danışarıq. Bundan sonra mənim direktorum, müəssisənin digər təsisçisi Əhməd Ataxan, Abdulla Əsgərov bir neçə dəfə Rasim Məmmədovla görüşdülər. Sonradan məlum oldu ki, Rasim Məmmədov buranı qiymətləndirəcək, qiymətə uyğun da bizim pulumuzu verecək, biz də bu sektordan çıxacağıq. Baxdıq ki, hüquq mühafizə orqanları bizi burada mühafizə etmir, məhəl qoymur, prokurorlar baxmır, məhkəmələr baxmır, əlacımız ona qaldı ki, həmin gün Prezident Administrasiyasına faksla müraciət göndərdim . Tez çatması üçün Ramiz Mehdiyevin köməkçisinə çatdırdım. Çünkü, Aslan İsmayılov və digərləri Ramiz Mehdiyevin adını çəkirdilər. Mən də keçmiş millət vəkili olaraq, birbaşa özünə müraciət etdim. Nə Ramiz Mehdiyev nə də köməkçisi gəlmədi. Mən bir neçə dəfə köməkçisi ilə danışdım, dediyim kimi, özünə faks açdım və bəzi vəzifə sahibləri ilə danışdım və Milli Məclisin İqtisadi siyasət komitəsinin rəhbəri Ziyad Səmədzadə ilə görüşdüm ki, hörmətli Ramiz Mehdiyevə fikirlərimi çatdırsın. Ziyad Səmədzadə söylədi ki, onların bu işə aidiyyatı yoxdur. Uzun müddətdən sonra Rasim Məmmədovun bizə göndərdiyi Hənifəyeva soyadlı şəxs bizim Sexin qiyməti ilə bağlı gəlib-getdi. Bir neçə ay yubatdılar, sonunda 5 milyon əvəzinə bizə 700 min manat təklif etdilər. Bu bizi təhqir etmək idi və mən sözün düzü belə təhqiri qəbul etmədim və bunlarla danışığı dayandırıb, hüquq-mühafizə orqanlarına müraciət etdim. Məhkəmədə 1-2 ilə yaxın mübarizə apardıq. İddiamız həmin iddiada qaldı. Bizim əmlakı talamağa, eyni zamanda bizə mənəvi və maddi ziyanın ödənilməsinə dair iddia qaldırmışdım.Həm də DİN-nin bizi mühafizə etmək üçün deyək ki, bizim ərizələrə, şikayətlərə baxılmaq üçün onun hərəkətsizliyindən şikayət etmişdim. Məhkəmə qismən bizim ərizəmizi təmin etdi ki, DİN-dən bu vəzifəni icra etsin və hüquqlarımıza və ərizə şikayətlərimizə baxsın eyni zamanda üçüncü şəxsləri qadağan etdi ki, bizim fəaliyyətimizə maneçilik törətməsinlər. Belə qərarda qətnamə çıxarıldı və nəticə etibarı ilə 2014 – cü ildə artıq zavod illər boyu işləməmiş və işçilər yox olan zaman mən zavodun rəhbərliyini öz üzərimə götürdüm. Çünkü, əvvəlki direktor Rasim Məmmədovun qoçularının fiziki təzyiqi nəticəsində ölkədən getdi. Rusiyada özünə iş tapdı, digər mütəxəsislər də getmişdir və biz əlavə vəsait cəlb ederək, yenidən müəssisəni işə saldıq. 2014 – cü ildə bu baş verdi. 3 gün işləmişdik ki, yenidən həmin qoçu dəstələri gəldilər. Baxmayaraq ki, Binəqədi mühafizə polisi ilə bizim müqaviləmiz var idi və müqaviləyə uyğun polis gözləyirdik. Rasim Məmmədovun 3 nəfər “banditləri” yenə də müəssisəyə gəlib mənlə görüşdülər, dayandırmağımızı tələb etdilər, mən mühafizə polisinə tapşırıq verdim ki, həmin adamları çölə çıxarsın və öz mühafizə idarəsinə zəng edib, kömək istəsin. Binəqədi mühafizə polisinin rəisi də daxil olmaqla 20-yə yaxın polis nəfərləri hadisə yerinə gəldilər. Jurnalistləri dəvət etdim, bir neçə mətbuat orqanından gəldilər, video çəkiliş etdilər, həmin zaman jurnalistlərə fiziki təziq göstərdilər. Mənim telefonum əlimdən alındı və polkovnik, moyor və digər rütbəli olan polislər 3 “banditin” qarşısından geri çəkilib getdilər. Bizi onlarla baş-başa buraxdılar. Bizim kameralarımız sındırıldı, işçilərimiz məcburən çıxarıldı və beləliklə mühafizə çox təssüf edirəm ki, polislərin yerinə mən utandım. Belə bir rəzil duruma düşmələri çox hissiyatıma toxundu və təbii ki, Cənab Prezident başda olmaqla bütün aidiyyatı şəxslərə həm teleqramlar, həm müraciət etdim, ANS televiziyasının canlı yayımında bu hadisələri şərh etdim, kütləvi informasiya vasitələrinə müraciət etdim. Nəticə etibarı ilənə hüquqi müstəvidə, nə də heç yerdə bir şeyə nail ola bilmədik. Rasim Məmmədovun təzyiqi qarşısında məhkəmənin sifarişli qərarını qəbul etdilər. Uzun müddət biz onunla çəkişmədə olduq. Sonra bizə qarşı qara piar kampaniyası apardı. Təbii ki bu yazılara görə onları məhkəməyə verdim. Bu yazılara görə yenə də Nərimanov Məhkəməsi Rasim Məmmədovun iş yerini, yaşayış yerini “müəyyən etmədiyi” üzündən dəfələrlə məhkəməni təxirə saldı, axırda da baxılmamış saxladı”.
Nazim Məmmədov onu da deyir ki, bir neçə il bu barədə şikayətlər və məhkəmələr olmasına baxmayaraq, ədalətə gəlib çıxa bilməyiblər: “2018-ci ildə artıq bu dəfə mən onu Facebook səhvəmdə “monopolist” adlandırdığıma görə, o məni məhkəməyə verdi. Məndən “Baku Steel Company” üçün 100 min və özü üçün 100 manat təzminat tələb etdi.
Nizami rayon hakimi sifarişli qətnamə qəbul ederək, 5000 Rasim Məmmədovun və 5000 “Baku Steel Company” üçün təzminat ödəməyim haqqında qərar çıxartdılar. Şikayət verdik,apelyasiya, sonra isə Ali Məhkəmə qüvvədə saxladı. Bütün bunlar Rasim Məmmədovun necə əlləri uzun olmağı haqqında olan bilgilər idi, 2 il ərzində məhkəmələrdə belə heç bir ədalət qazana bilmədik. 10 gün bundan qabaq icra şöbəsindən zəng edirlər ki, sizlə bağlı məhkəmə qərarı var, onu icra etməliyik, Rasim Məmmədova Facebook statusuna görə pul ödəməlisiniz. Təbii ki, mən həm Prezidentə həm də müvafiq şöbəyə müraciət etdim ki, belə haqsız qətnamələr, belə sifarişli qərarların bu səviyyəyə gəlib çıxması, mənə vurulmuş 5 milyon manatı almamağım bir tərəfə, 2012 – ci ildən fəaliyyəti itmiş müəssisənin işləməməsi bir tərəfə, həqiqəti dediyimə görə hələ mənim özümü də cərİmələyiblər. Mən Avropa Məhkəməsinə müraciət edəcəyim haqqımda Prezident Administrasiyasına bu barədə məktub yazdım. Hüquqşünaslar iddia ərizəsini hazırladılar və mən onu göndərdim. Poçta təhvil verdikdən təqribən 1 həftəyə yaxın o poçtda qalmışdı. Ancaq Rasim Məmmədov həbs olunan günü ərizəm də Avropa Məhkəməsinə yola salınıb”.
“Rasim Məmmədov rəngini dəyişib qara dərili olsa belə mən o pulu ondan tələb edəcəm”
Nazim Məmmədov hesab edir ki, Rasim Məmmədov belə təfəkkür sahibi olan adam olaraq “Baku Steel Company” boyda zavodun sahibi ola bilməz: “Onu idarəçiliyə cəlb ediblər və ona etibar eden adamlar, sahibləri hansı ki ola bilər ki, kənardan ona vəsait veriblər, çünkü, onun müsahibəsində qeyd olunur ki, O 2000 – ci illərdə avtomabil xidməti göstərib və avtomabil xidmətindən sonra hansısa xarici şirkətin departamenti direktoru olub. Sonra da bu müəssisəyə idarə etmək üçün gətiriblər. O, qeyd edir ki, 200 milyon dollar da bura yeniləmək üçün məvacib qoyub. Ümumilikdə az qala 300 milyon – 400 milyon vəsait edir. Yəni bu təfəkkürdə olan insan bu səviyyədə olan şəxs bu qədər vəsaiti hardan alıb? Deməli, bunun duran bir neçə qrup və ya şəxslər var. Rasim Məmmədov rəngini dəyişib qara dərili olsa belə mən o pulu ondan tələb edəcəm və hesab etsin ki, onun bankına o pulu yüksək faizli depozitlə qoymuşam”.
Rasim Məmmədovun həbs edilmə səbəbinə gəlincə, Nazim Məmmədov deyir ki, o, öz sahiblərinə “atdığı” üçün həbs edilib: “Mən qısa olaraq yəni deyim ki, bu barədə mənim təxminlərim var. Bu adam müxtəlif maxinasiyalarla öz sahiblərinə “atır”, ona etibar edən adamları maliyyə mexanizmləri ilə aldadıb, vəsaitlərini mənimsəyib, eyni zamanda dövlətdən də qaçaqmalçılığı həyata keçirib. Mən təxmini hesablamalarına görə, 10 il ərzində ən azı 2 milyard manat vəsait mənimsəyib. Çünki, onun yaşayış tərzi və cəmiyyətdə müxtəlif maşınlarla gündəmə gəlməsi, müxtəlif xarici səyahətləri göz önündə idi. O, öz qanunsuzluqları ilə bu ölkədə minlərlə insanı çörəksiz qoyub.Məmmədovun, belə adamların minlərlə vətəndaşlarımızın ailələri elə bizim müəssisəmizdə 250 nəfər işləyirdi. Bunların ailələrini çörəksiz qoyub, onlarla sahibkara ciddi ziyan vurub, əmlaklarını talan edib və belə bir quldur əslində ən azı 8 il yarım və 9 il bundan qabaq həbs olunmalı idi. Çox təəssüf edirəm ki, Azərbaycanda olan məmur sahibkarlar ucbatından Rasim kimi təsadüfü adamların iş başına qoyulması təkcə dövlətə ziyan yox, həm də vətəndaşlara və ümumilikdə ölkənin imicinə ziyan olub. Çünki, Rasim Məmmədovun bu oyunlarından sonra 2012 ci ildən Azərbaycan Beynəlxalq reytinqlərdə iqtisadi dözümlülüklə bağlı sahibkarlıq fəaliyyəti ilə bağlı çox aşağı yerlərə getmişdir.Reytinqi çox ciddi şəkildə zərər görmüşdür. Buna görə də təbii ki, ölkəmizə qeyri nə xarici neft sektoruna vəsait qoyulması və daxildəki vətəndaşlarımız o illər ərzində təbii ki, sahibkarlar ölkədən 100 milyonlarla vəsaitlərini kənara çıxartdılar və nəticə etibarı ilə o hadisələrdən bir neçə il sonra ölkədə ciddi vəsait çatışmamazlığı oldu. Bütün bu hadisələr əslində iqtisadi sarsıntılar Rasim Məmmədov kimi məmur sahibkarların yaratdığı fəsadlardır və onun cinayəti daha böyükdür. Mən də hazırlaşıram ki, onun cinayətləri barədə DTX-ya şikayətlər verəm”.
Gununsesi.info