azia.az
azia.az

Rasim Əliyevin anası hakimdən ÖMÜRLÜK CƏZA İSTƏDİ

1-03-2016, 17:02

Rasim Əliyevin anası hakimdən ÖMÜRLÜK CƏZA İSTƏDİ Bakı Ağır Cinayətlər Məhkəməsində Ann.Tv-nin əməkdaşı jurnalist Rasim Əliyevin ölümündə təqsirləndirilənlərin məhkəmə prosesi davam edir.
Zərərçəkmiş şəxsin hüquqi nümayəndəsi Fariz Namazlı çıxış edərək bildirib ki, məhkəmə cinayət işinə əsasən ittihamlar üzrə baxdı, amma həqiqətləri üzə çıxarmadı:
"İş obyektiv araşdırılmadı, bir çox vəsatətlərimiz təmin edilmədi. Həkimlərin məsuliyyətə cəlb edilməsi reallaşmadı".
Mərhum Rasim Əliyevin anası Teyfurə Əliyeva çıxışında bildirib ki, bu iş bir başa Cavid Hüseynovun rəhbərliyi altında edilib: "Burda təqsirləndirilən şəxslərin arasında bu beş nəfərlə yanaşı, həkimlər və Cavid Hüseynov da oturmalı idi".
Sonra T.Əliyeva təqsirləndirilən şəxslərə ömürlük həbs cəzasının verilməsini istəyib. Bundan sonra məhkəmə prosesində vəkillər Elşən İsmayılov və Camal Məmmədov müdafiə çıxışı ediblər. Onlar bildiriblər ki, müdafiə etdikləri şəxslərlə yanaşı həkimlərin də böyük günahı var. Məhkəmə prosesi martın 3-də davam edəcək.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Ann.Tv-nin əməkdaşı jurnalist Rasim Əliyevin ölümündə təqsirləndirilən Cəbrayil rayon sakini, 1994-ci il təvəllüdlü Elşən İsmayılov, Bakı şəhər sakini, 1990-cu il təvəllüdlü Samir Mustafayev, Şabran rayon sakini 1995-ci il təvəllüdlü Camal Məmmədov, Bakı şəhər sakini 1995-ci il təvəllüdlü Kənan Mədətov və Şərur rayon sakini 1996-cı il təvəllüdlü Arif Əliyevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilir.
Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə qalmaqal yaşanıb.
Belə ki, jurnalist Rasim Əliyevin yaxınları ilə təqsirləndirilən şəxslərin yaxınları arasında baş verən gərginlikdə qarşlıqlı söyüşmə və əlbəyaxa olma həddinə çatıb. Hakim tərəflərin sakitləşməsi üçün prosesdə yarım saat fasilə elan edib.
Qeyd edək ki, Rasim Əliyev ötən il avqustun 8-də bir qrup şəxs tərəfindən döyülüb. Xəstəxanaya yerləşdirilən R. Əliyev orada vəfat edib. Həmin faktla bağlı Kənan Mədətov, Camal Məmmədov, Samir Mustafayev, Elşən İsmayılov, Arif Əliyev və futbolçu Cavid Hüseynov tutulub. Bir müddət sonra cinayət işinin materiallarından Cavid Hüseynovun cinayət işi ayrılaraq ayrıca icraata verilib.
C. Hüseynovun üzvü olduğu "Qəbələ" futbol klubu bildirib ki, futbolçunun adının fotojurnalist Rasim Əliyevin qətli ilə əlaqələndirilməsi klub tərəfindən bütün ciddiyyəti ilə qarşılanıb. Klub bu oyunçunun Avropa Liqası kimi məşhur turnirdə komanda üçün nə qədər böyük əhəmiyyətə malik olmasına baxmayaraq, öz dəyərlərinə sadiq qalaraq, hüquq-mühafizə orqanları tərəfindən həbsdən əvvəl onu komandadan uzaqlaşdırıb.
Klub məsələnin ədalətli, obyektiv və şəffaf şəkildə araşdırılacağına və mərhum Rasim Əliyevin valideynlərinin dərdinə şərik olaraq bütün günahkarların cəzalarını alacağına inandığını qeyd edib, bunun ölkəmiz və idmanımızın imici üçün də çox vacib olduğunu vurğulayıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi