azia.az
azia.az

Türkiyə Cumhuriyyəti 97 yaşında - QARDAŞ TƏBRİKİ VİDEO

29-10-2020, 11:26


29 oktyabr 1923-cü ildə Türkiyə Cümhuriyyətinin yaranması və Ankaranın paytaxt olması bütün dünyaya elan edildi
Türkiyə Cumhuriyyəti 97 yaşında - QARDAŞ TƏBRİKİ VİDEO
Osmanlı İmperatorluğunun Birinci Dünya Müharibəsində məğlub olması və torpaqların qalib dövlətlər arasında yağmalanması keçən əsrin əvvəllərində ölkəni böyük ümidsizlikliyə boğmuşdu. Amma Qərbin heç gözləmədiyi bir halda ortaya Qazi Mustafa Kamal Atatürk kimi bir qəhrəman sərkərdə çıxdı və milli gücləri öz baş komandanlığında birləşdirərək Qurtuluş Savaşına başladı.

“Əhalisi əsasən türklərdən ibarət bölgələr türk sərhədi olaraq da qalmalıdır” fikrindən yola çıxan mübarizlərin 30 avqust 1922-ci ildə Meydan Savaşını qazanması nəticəsində işğalçı güclər indiki Türkiyə torpaqlarından geri çəkilməyə məcbur oldu. İstanbulun qurtuluşundan sonra isə Lozanna sülh müqaviləsi imzalandı: Osmanlı İmperatorluğu tarix səhnəsindən silindi, yerində yeni dövlət - Türkiyə adlı respublika quruldu.

29 oktyabr 1923-cü ilə qədər sürən danışıqlardan sonra Cümhuriyyətin yaranması və Ankaranın paytaxt olması bütün dünyaya elan edildi.

Bu əlamətdar gündə Türkiyə Cümhuriyyətini quran milli mübarizə qəhrəmanlarını, başda öndər Qazi Mustafa Kamal Atatürk olmaqla, hörmət və rəhmətlə xatırlayırıq.

Türkiyə hər zaman Azərbaycana arxa -dayaq olub! Bu, əsrin əvvəllərində də belə idi, son günlərin vətən müharibəsində də belədir!

Zamanında Azərbaycan türkləri də Türkiyənin Çanaqqala və Qurtuluş savaşlarında vuruşub, şəhid olublar.

Onlardan birinin hekayəsini anladan bu kiçik filmi təkrar yamaqla, biz də qardaş Türkiyəmizin Cümhuriyyət bayramını təbrik edirik.

Nə yaxşı ki, Türkiyə var!



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi