azia.az
azia.az

1915-ci ildə Çanaqqala döyüşlərində 3 minə yaxın azərbaycanlının şəhid olduğu bildirilir

4-01-2020, 22:44


Çanaqqala döyüşlərində 3 minə yaxın azərbaycanlı şəhid olmuşdur
1915-ci ildə Çanaqqala döyüşlərində 3 minə yaxın azərbaycanlının  şəhid olduğu bildirilir
Çanaqqala döyüşü, Birinci Dünya müharibəsi əsnasında 1915-1916-ci illər arasında Osmanlı Dövləti ilə İttifaq dövlətləri (İngiltərə, Fransa, Anzaklar) arasında aparılan dəniz və quru müharibələridir. İttifaq Dövlətləri Osmanlı Dövlətinin paytaxtı İstanbulu alaraq, boğazların idarəsini ələ keçirmək, Rusiyayla etibarlı bir əkinçilik və əsgəri ticarət yolu açmaq, alman müttəfiqlərindən birini zəiflətmək məqsədilə ilk hədəf olaraq Çanaqqala boğazına girmişlər. Ancaq hücumları müvəffəqiyyətsiz olmuş və iki tərəfin də çox ağır itkilər verməsi ilə İttifaq Dövlətləri geri çəkilmişlər.Türkiyə Cümhuriyyəti qurulduqdan sonra, ingilis və fransız donanmalarını geri çəkilməyə məcbur edildiyi gün - 18 mart, Çanaqqala Şəhidlərini Xatırlama Günü olaraq elan edilib. Həmin döyüşlərdə Azərbaycan əsgərləri də iştirak ediblər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi