azia.az
azia.az

“Niyə heç kim demir ki, Bakıda hazırda 30 min erməni yaşayır” – Çingiz Abdullayev

8-10-2020, 14:40

“Niyə heç kim demir ki, Bakıda hazırda 30 min erməni yaşayır” – Çingiz Abdullayev

Azərbaycan Xalq yazıçısı Çingiz Abdullayev Rusiyanın “Rossiya 1” telekanalında “Vladimir Solovyov ilə axşam” verilişinə qatılaraq Dağlıq Qarabağdakı vəziyyətlə bağlı fikirlərini bölüşüb.

Azia.az xəbər verir ki, Çingiz Abdullayev çıxışında Azərbaycanın münaqişədə mövqeyi ilə bağlı sualları cavablandırarkən bildirib:

“Birinci ondan başlayaq ki, Qarabağın Ermənistan olduğunu deyirlər, daha doğrusu bunu Paşinyan deyib. Və səhv deyib, çünki, Ermənistan özü də daxil olmaqla dünyada heç kim Qarabağı tanımır. Bu gün səhər eşitdiyimə görə isə, Vladimir Putin deyib ki, Qarabağ Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) aid deyil və beləliklə, Ermənistana da. Burada Rusiya tərəfindən məsələyə aydınlıq gətirilib.

Azərbaycan konkret olaraq nə istəyir? Azərbaycan hər şeydən öncə işğal olunmuş 7 ətraf rayonun qaytarılmasına nail olmaq istəyir, hansındaki 1 milyona yaxın insan yaşayıb. Aydın məsələdir ki, bu insanlar öz torpaqlarına qayıtmalıdırlar. Başa düşürsünüz, hər zaman, eləcə də sizin studiyada Dağlıq Qarabağ əhalisi ilə bağlı müzakirələr gedir, əlbəttə ki, bu, vacibdir. Ancaq orada 150-170 min insan yaşayır. Lakin 800 min insanın talehi isə elə bil heç kimi narahat etmir. Üzr istəyirəm, bu Oruelsayağıdır, hər kəs bərabərdir, ancaq bəziləri digərlərinə nisbətən daha bərabərdir.

Başa düşün ki, bu, azərbaycanlıları çox incidir. Niyə heç kim onların taleyi haqda danışmır? Demək olar, hər 10-cu adam öz doğma torpaqlarından məhrum olub.

İndi Azərbaycan nə istəyir? Məncə, bizim Prezident çox dəqiq və aydın şəkildə açıqlayıb. Erməni işğalçı qüvvələrinin sözügedən 7 rayondan çıxarılması, oradan çıxarılan azərbaycanlıları yenidən geri qaytarılması. Üstəlik o 7 rayonu elə belə deməyib. Prezidentimiz Ermənistan tərəfini də başa düşmək istəyir və işğaldan azad olunmanı pilləli şəkildə həyata keçirməyi təklif edir. İlk mərhələdə Dağlıq Qarabağ ətrafındakı 5 rayon, daha sonra isə dəhliz rolunu oynayan 2 rayon. Yəni, mərhələli şəkildə. Bunun üçün Silahlı Qüvvələrin çıxarılma qrafiki lazımdır”,-deyə Çingiz Abdullayev qeyd edib.

O, Azərbaycanın erməni əhalini Dağlıq Qarabağdan çıxarmaq istəmədiyini, bu siyasətin əksinə Ermənistan tərəfindən azərbaycanlılara qarşı aparıldığını xatırladıb.

“Daha sonra Qarabağda heç kimin heç kimi qovmaq fikri yoxdur. Üstəlik Prezident deyib ki, azərbaycanlı və erməni əhali birlikdə dostluq içində yaşamalıdır, necə ki, bu, 100 illərlə olub, necə ki, bu, indi Bakıda baş verir.

Niyə heç kim demir ki, Bakıda hazırda 30 min erməni yaşayır. Ermənistanda isə bir nəfər azərbaycanlı yoxdur.

Heç kim bizim beynəlmiləl respublika olduğumuzu demir. Bizdə 150 mindən çox rus vətəndaşları var. Ermənistan isə monorespublikadır, biz onları qınamırıq, bu, onların seçimidir. Ancaq niyə bizi heç kim başa düşmür. Niyə heç kim başa düşmək istəmir ki, həmin torpaqlarda indi heç kim yaşamır. Və həmin 7 rayonda heç vaxt ermənilər yaşamayıb. 1-2 ailə ola bilər, onlar da qayıdıb yaşaya bilərlər. Bizim ən əsas tələbimiz torpaqlarımızın azad edilməsidir. Niyə bizi heç kim başa düşmək istəmir?”,-deyə yazıçı bildirib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi