Metronun qiyməti bahalaşır? -RƏSMİ AÇIQLAMA
"Taksi xidmətlərinin bahalaşdırılması ictimai nəqliyyatda da gediş haqqının artırılacağı niyyətindən xəbər verir. Öncə taksi xidmətlərinin tarifi, sonra da ictimai nəqliyyatda, o sıradan da metroda gediş haqlarının qaldırılacağı ilə bağlı iddialar var. Gözlənilir ki, ictimai nəqliyyatda gediş haqqı 50 qəpik olsun" .
Bunu iqtisadçı Qubad İbadoğlu "Facebook" səhifəsində yazıb. Maraqlıdır, Bakı Metropoliteni daşınan sərnişinlərin sayına görə ön sırada dayanır. Belə ki, metroda gediş haqqının da bahalaşması gözlənilirmi?
Azia.Az xəbər verir ki, bununla bağlı "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov danışıb: "İndiki dövr üçün biz hələki metronun açılmasını gözləyirik. Bu ilin may ayında belə bir söhbət olmuşdu. Həmin vaxtı da xəbər var idi ki, metronu ona görə açırlar ki, qiyməti artırsınlar. Məndə elə bir məlumat yoxdur. Günorta iclasımız baş tutsa bu barədə marqlanaram".