"Timsport" idman mağazalar şəbəkəsinin servis xidməti vətəndaşa problem yaradıb- İTTİHAM/FOTO
“Azia.Az” xəbər verir ki, vətəndaş Vəkil Kərimov "Timsport" idman mağazalar şəbəkəsinin servis xidmətindən şikayət edir.
“Azia.Az” saytı "Timsport” idman mağazalar şəbəkəsinin servis xidmətindən şikayətçi olan bəyin sözügedən məktubunu oxucularına təqdim edir:
Vəkil Kərimov yazır:
Salam şikayyətim "Timsportun" servis xidmətindəndir. Başıvıza bele bir iş gəlməsin deyə yazıram bura. Tim sportdan trenajor alet almisdim 480 manata ozleri gelib qurasdirmaqnan 520 manata başa geldi. Bu yaxınlarda tros qırıldı özlərinin servis xidmətinə zəng vurdum 2.5 metr trosun qurasdirilmasina 70 manat pul aldılar dedim ne ise karantin vaxti hər yer bağlıdır özum heçnə edə bilməyəcəm. Gəldi usta quraşdırdı sual verdim ki bəs bu tros bağladığın yerdən çıxmayacaq? (şəkil aşağıdadır) Dedi yox çıxmaz narahat olma. Yeni evə köçdüm bu tros quraşdırıldıdan sonra Trenajordan heç istifadə eləməmişdim. Köçəndən sonra 4-5 defe istifadə elədim tros yerindən çixdi. Servise yazıram ki, bəs bu ne işdi görmüsüz 4-5 məşqdən sonra tros yerindən çıxıb. Ustavızı göndərin gəlsin düzəltsin. Oxudular cavab yazmadılar. Sabahısı gün zəng eledim götürdülər, bes videonu çəkin ustalara göstərək sizə xəbər verəcik. Heç bir xeber çıxmadı. 2gün sonra yazdım oxudular cavab yazmadılar. Zəng eləyib nece məsuliyyətsiz serviz olduqlarını xatırlatdım telefonun basında oturana deyirəm bu ne məsuliyyətsizlikdir, saymamazlıq edirsiz deyir yox müəllim nə danısırsiz ele deyil. Deyirəm bəs 2 günə usta göndərəcəm deyirsiz yola verirsiz, işiviz varsa deyin gələn həftə gələcək məndə bilim işimi. Dedilər gələn həftənin ilk iş günü usta gələcək oda gəlmədi. Uzun sözün qısası 3 həftə yola verdilər.
Bu gün zəng elədim deyir ustalarımız yoxdu əlimizdə ona göreə göndərə bilmədim. Deyirəm siz siyahı vermrisiz ki, hara getmek lazımdır hara yox ? Sıraynan yamalısız ki, 1-ci bu unvana sonra obiri unvana gedəcəksən. Deməli məsuliyyətsiz iş görürsən mənim işimi siyahıya salmamısan 3 həftə ərzində ustanın 30 dəq. vaxtı olmadı gəlməyə? Müştəri məmnun qalmayandan sonra sizin haqda kiməsə rekomendaciya verməyəycək. Pulsuz iş görəcəklər deyə adamı gözəl yola verirlər, amma 70 manata 2.5 metrlik tros üçün 3 saat ərzində usta göndərdilər. Servisə ehtiyacıvız olsa ayrı yerə müraciət edin ki, sabah sizində başıvıza belə bir problem gəlməsin.
Sizə məsləhətim, "Timsport” idman mağazalar şəbəkəsinindən uzaq durun. Sizə hörmətlə yanaşan, peşəkar, vaxtında və keyfiyyətli iş görən bir şəbəkəyə müraciət edin. Ətrafda bu cür şəbəkələr çoxdur. Nə badə, mən etdiyim səhvi edəsiniz.”
Sonda şikayətçimiz “Azia.Az” saytımız vasitəsi ilə müraciət edərək vətəndaşlardan xahiş etməyini də unutmadı. Belə ki, saxtakarlıqla vətəndaşları aldadıb pullarını mənimsəyən ""Timsport” idman mağazalar şəbəkəsinə inanmayın... Onlar belə kələkbazlıq, saxtakarlıq yolu ilə vətəndaşların cibini soyurlar, diqqətli olun ki, bizim kimi aldanmayasınız!
Məsələni araşdırmaq üçün «Timsport idman mağazalar şəbəkəsi»nin mərkəzi ofisi ilə dəfələrlə əlaqə saxlamağa çalışarkən mərkəzi ofisin 050-547-00-39 saylı telefonuna cavab verən Ceyhun adlı bir bəy bizə şəbəkənin servis xidmətinə rəhbərlik edən Orxan müəllimlə əlaqə yaratmağımızı xahiş etdi. Daha sonra Orxan müəllimlə və həmçinin şirkətin digər rəsmi nümayəndəsi İsmayılov Fuad müəllimlə məsələyə münasibət öyrənmək üçün əlaqə saxladıq.
Orxan müəllim şikayətçi Vəkil Kərimovun mətbuata verdiyi informasiyanın doğru olduğunu və onun məsələsi ilə bağlı belə bir problemin yarandığını bildirərək, bizdən vətəndaşın şikayətini ciddiyə almamağımızı və belə bir informasiyanın yalnız “Timsport” idman mağazalar şəbəkəsinin servis xidmətinin nüfuzlu fəaliyyətinə xələl gətirəcəyini nəzərə almağımızı və yazının mətbuatda işıqlandırmamağımızı xahiş etdi.
Aybəniz Füzuli qızı.