“Avropa Qapıları” vətəndaşları niyə aldadır?-“ Ödəniş tam edilsə də...”
Son zamanlar ölkəmizdə istehlakçıların hüquqları həddən artıq pozulur. Nəinki istehlakçılar ərzaq, geyim məhsulları, hətta mənzillərinə qapı, mebel və digər ev əşyaları alarkən hüquqları kobud şəkildə pozulur. Vətəndaşların çətinlik çəkdiyi problemlərdən biri də etibarlı qapı şirkəti tapmaqdır.
Bəzi vətəndaşları isə ən çox narahat edən məsələlərdən biri “Avropa qapıları” adı altında satılan qapıların həddən artıq keyfiyyətsiz olmasıdır. Ancaq “Avropa qapıları” şirkətinin sonradan verdiyi vədlərə əməl etməməsi əlavə problem yaratmasına səbəb olur. Onlar gah bir mənzildə işi yarımçıq qoyur, yaxud da işin təhvil verilməsini gecikdirirlər.
Aidə Bayrambəyova tərəfindən “Azia.Az”-ın redaksiyamıza şikayət məktubu daxil olub. Vətəndaş "Avropa Qapıları" şirkətindən narazıdır: Belə ki, Bu şikayətimlə bildirirəm ki, "Avropa Qapıları" şirkəti bizi aldadıb!”
“Azia.Az “ saytı "Avropa qapıları” Şirkətindən şikayətçi olan xanımın sözügedən məktubunu oxucularına təqdim edir:
"Şikayətim Bakının Məmməd Araz 72 küçəsində yerləşən "Avropa Qapıları" Şirkətindəndir. Deməli, 1 ay bundan əvvəl, qapıların ödənişi tam edilsə də, qiymətə daxil edilən qapıların quraşdırılma işi hələ də icra olunmayıb, evimin digər təmir işləri də qapılara görə dayandırılıb.
"Avropa Qapıları" qeyri-peşəkar, sözünün üstündə durmayan, işini təhvil verməyən, başlıcası isə müştərilərə hörmətlə yanaşmayan bir şirkət imiş, təəssüf ki, bunu çox gec bildim.
Hər gün dəfələrlə zəng vursam da, şirkətə gedib məsul şəxslərlə görüşsəm də, bu günədək heç bir iş görülməyib. Satıcı və özünü müdir adlandıran Aqil hər görüşdə söz verirlər ki, bu gün məsələ həll olunacaq, sonra isə ya telefonlarına zəng çatmır, ya da yeni bir yalan uydururlar. Bir aya yaxındır, yalan-palanla işimi uzatmaqdan başqa heç nə etmirlər.
Onu da qeyd edim ki, orda olanda dəfələrlə başqa müştərilərin də şirkətin yarıtmaz fəaliyyətindən giley etdiyinin şahidi olmuşam.
Ən qəribəsi isə odur ki, qapıları şifariş edəndən bir müddət sonra tam ödəniş etməyimi istədilər, razı olmadım. Az sonra satıcı: "Qapılar artıq hazırdır, ödəməni tam etməlisiniz”,-deyib durdu. Elə o, vaxt anlamalı idim ki, burda bir fırıldaq var, problem yaşaya bilərəm.
Əlqərəz, bildirdim ki, qapıları görmədən pulu tam ödəyə bilmərəm, görmədiyim malın pulunu niyə ödəməliyəm axı?
Kaş ki, qapılar quraşdırdıqdan sonra tam ödəniş edəydim, amma yenə də ümidli idim ki, ciddi şirkətdir, yəqin işi, müştəriyə xidməti də ciddi olar.
Bəli, mən bilmədən bu şirkətlə iş görürdüm və çox peşman oldum. O, şirkətlə başqa işlər görməyi də planlayırdım, amma fikrimdən daşındım.
Sizə məsləhətim, "Avropa Qapıları" Şirkətindən uzaq durun. Sizə hörmətlə yanaşan, peşəkar, vaxtında və keyfiyyətli iş görən bir şirkətə müraciət edin. Ətrafda bu cür şirkətlər çoxdur. Nə badə, mən etdiyim səhvi edəsiniz.”
Sonda şikayətçimiz “Azia.Az” saytımız vasitəsi ilə müraciət edərək vətəndaşlardan xahiş etməyini də unutmadı. Belə ki, saxtakarlıqla vətəndaşları aldadıb pullarını mənimsəyən " Avropa Qapıları" Şirkətinə inanmayın... Onlar belə kələkbazlıq, saxtakarlıq yolu ilə vətəndaşların cibini soyurlar, diqqətli olun ki, bizim kimi aldanmayasınız!
“Azia.Az” saytı olaraq, Mətbuatda apardığımız araşdırma zamanı məlum oldu ki, “Avropa Qapıları” şirkətində istehlakçılar əvvəlcədən beh ödəyirlər. Ödənişin qalan hissəsi veriləndən sonra qapı və pəncərə qoyulur. Məhsul keyfiyyətsiz olanda şirkət şikayətçiləri süründürməçiliyə salır, təmir işlərindən imtina edir.
Qeyd edək ki, dövlət orqanları bu şirkətin keyfiyyətsiz məhsullarının öhdəsindən gələ bilmir. Onlar vətəndaşlara saxta ödəniş qəbzi verməklə, istehlakçıların hüquqlarını pozmaqla, müqavilə şərtlərini yerinə yetirməməklə fərqlənirlər.
İqtisadiyyat və Sənaye Nazirliyi ciddi tədbir görmür. İstehlakçılarla alqı-satqı əməliyyatı apararkən çek təqdim edilmir. Bu məsələyə isə Vergilər Nazirliyi nəzarət etməlidir.
Maraqlıdır ki, vəziyyət düzəlmir. İstehlakçıların şikayətlərinə əsasən ən çox rast gəlinən problemin dəyişdirilmə ilə bağlı:-Alınan mebelin keyfiyyətsiz olduğunu anladıqları zaman onun dəyişdirilməsi və ya qaytarılması müşkül məsələdir. Hesab edirik ki, bu fakt diqqətdə saxlanmalıdır .
Məsələni araşdırmaq üçün «Avropa qapıları»nın mərkəzi ofisi ilə dəfələrlə əlaqə saxlamağa çalışarkən mərkəzi ofisin 050-333-01-02 saylı telefonuna cavab verən Xalidə adlı xanım bizə şirkətin fabrikinə rəhbərlik edən Qasımov Aqil müəllimlə əlaqə yaratmağı xahiş etdi. Aqil müəllimin 012-490-16-16, həmçinin 050-625-66-66 saylı telefonları ilə əlaqə saxlasaq da zənglərimizə cavab verən olmadı.
Münasibət öyrənməyə çalışarkən mərkəzi ofisin 050-348-18-18 saylı telefonuna cavab verən şirkətin digər rəsmi nümayəndəsi Rəhman adlı şəxs bildirdi ki, həyəcanlı şəkildə «yalan söhbətdir» .
Əvvəlcə Rəhman müəllim vətəndaşın kimliyini bilmək üçün bizdən bunu israrla soruşdu. Daha sonra belə bir Aidə Bayrambəyova adlı müştərinin olduğunu təsdiqləyərək məsələyə aydınlıq gətirdi.
Belə ki, Şirkətimizdən quraşdırıcı müştərinin evində olub. Xanımın hamam qapısında problem yarandığından bizə məlumat verildi ki, bura kafel vurulmalıdır. Xanım isə işimizi yarımçıq saxlatdıraraq, həmin an bizə bu yeri təmir etdirdikdən sonra ustanız gəlib yarımçıq işinə davam edər-deyərək bildirmişdi.
Bu bizə aid olan problem deyil, bu vətandaşın problemidir ki, vaxtında bunu aradan qaldırmalı, daha sonra bizə müraciət etməli idi. Bizim əməkdaşlar günə, aya işləyən və işə görə əmək haqqı alan ustalardır.
Biz ustanı tutub saxlaya bilmərik ki, Aidə xanım nə vaxt problemini həll edəcək, gözlə sonra get işinə davam et. Məhz, bu səbəbdən usta ona müraciət edən digər müştərinin işinə baxmalı olub. Aidə xanım zəng edib çağırmaq istədikdə isə usta həmin vaxt digər mənzildə iş başında olduğundan işini bitirib, təhvil verdikdən sonra digər qoyduğu yarımçıq işinə davam etməli idi-deyə Rəhman müəllim sözlərinə əlavə etdi.
Eyni zamanda bunu da xüsusi vurğuladı ki, şifariş veriləndə ikitərəfli müqavilə bağlanılır. Müqavilənin şərtlərinə uyğun qeyd olunur ki, qalıq pul- yəni depazit verib, mal hazır olanda baxışdan sonra tam ödəniləcək.
İlk öncə vətəndaş ofisimizə yaxınlaşır, qapılarımızla tanış olduqdan sonra müqavilənin şərtlərinə uyğun razılaşır və imzalayır. Ondan sonra bizim əməkdaşlar sifarişi qəbul edirlər.
Şirkət olaraq, biz hər zaman gördüyümüz xidmətin keyfiyyəti və şirkət imicinin müsbət formalaşdırılması bizim ən ali vəzifələrdən biridir olmuşdur.
"Avropa Qapıları" şirkəti 30 il ərzində sadəcə plastik qapı pəncərələrin satışı və quraşdırılması və təmin edilməsi ilə məşğuldur. Şirkətimiz qapı-pəncərə quraşdırılması üzrə yerli bazarda aparıcı mövqelərdədir.
Buna biz yalnız müştərinin marağını qazanmaq istəyimizdən üstün tutmaqla nail ola bilmişik. Şirkətimizdə yalnız təcrübəli və yüksək peşakarlığa malik quraşdırma mütəxəssisləri (motajçılar) çalışır.
Sonda Rəhman müəllim şikayətçi Aidə xanımın mətbuata verdiyi informasiyanın yalan olduğunu və onun məsələsi ilə bağlı hər şeyin qaydasında olduğunu bildirərək, bizdən vətəndaşın şikayətini ciddiyə almamağımızı və belə bir informasiyanın yalnız “Avropa Qapıları” şirkətinin 30 illik nüfuzlu fəaliyyətinə xələl gətirəcəyini nəzərə almağımızı və yazının mətbuatda işıqlandırmamağımızı xahiş etdi.
Rəhman müəllim ilə telefon əlaqəsindən sonra bizə həmin şirkətin digər inzibatçı nümayəndəsi olan Əli adlı şəxs bizimlə əlaqə saxlayaraq, Rəhman müəllimin məsələylə bağlı dediklərini təsdiq edərək, şirkətimiz vətəndaşlarımıza aldığı mallar üzrə bir illik zəmanət verir... bildirərək, informasiyanın mətbuatda işıqlandırılmamasını xahiş etdi.
“Azia.Az” saytı olaraq, məsələylə bağlı lazım olan dövlət müvafiq orqanların İqtisadiyyat və Sənaye Nazirliyinin və Vergilər Nazirliyinin mövqeyini öyrənməyə çalışacağıq...P.S.
Aybəniz Füzuli qızı.