azia.az
azia.az

Bakı Polisi Xocalı qurbanlarını yad etdi

25-02-2020, 21:35

Bakı Polisi Xocalı qurbanlarını yad etdi

Fevralın 25-də keçirilən mərasim soyqırımı qurbanlarının və ərazi bütövlüyümüz uğrunda şəhid olanların xatirəsi yad edilib.

Azia.Az xəbər verir ki, Bakı şəhər Baş Polis İdarəsində Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunan anım mərasim keçirilib, soyqırımda şəhid olan şəxslər bir dəqiqəlik sükutla yad edilməsinə başlanılıb.

Anım mərasimində çıxış edən Bakı şəhər BPİ-nin rəis müavini, polis polkovniki Nurullah Məmmədxanlı Xocalı faciəsinin qanlı cinayət hadisələrindən biri kimi tarixə düşdüyünü bildirib.

Rəis müavini qeyd edib ki, 28 il əvvəl erməni silahlı dəstələri dinc əhaliyə divan tutub. Bu qırğın nəticəsində 613 nəfər həlak olub. Qətlə yetirilənlərin 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri qoca idi, 8 ailə tamamilə məhv edilib.

Daha sonra Baş İdarə rəisinin şəxsi heyətlə iş üzrə böyük köməkçisi, polis polkovniki Əli Vəliyev faciə ilə bağlı ətraflı çıxış edib.

Aybəniz Abdulova.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi