Trampdan Çinə növbəti zərbə - 300 milyard...
O, Çinə qarşı daha sərt sanksiyaların tətbiq olunacağını bildirib. Lazım olsa, Çin mallarına tətbiq olunan gömrük vergiləri 300 milyard dollara qədər artırılacaq.
Bu sözləri ABŞ Prezidenti Donald Tramp öz açıqlamasında bildirib.O qeyd edib ki, Çindən gətirilən məhsullara ehtiyac yaranarsa, əlavə 300 milyard dollar vergi tətbiq olunacaq. Həmçinin Tramp iki ölkə arasında ticarət danışıqlarının davam etdiyini, lakin danışıqların heç bir nəticə vermədiyi təqdirdə Çinə qarşı daha sərt sanksiyaların tətbiq olunacağını bildirib.Qeyd edək ki, ABŞ iyunun 1-dən Çindən gələn malların gömrük vergisini 10 faizdən 25 faizə qədər artırıb.