Obama Belarusa tətbiq etdiyi sanksiyaların müddətini uzatdı
ABŞ prezidenti Barak Obama Belarusa qarşı sanksiyaların müddətini uzadıb.
APA-nın xəbərinə görə, bu barədə Ağ Evin məlumatında deyilir.
“Belarus hökumətinin müəyyən təmsilçiləri ABŞ-ın mili təhlükəsizliyi və xarici siyasətinə həddən artıq təhlükə yaradırlar. Onlar həmçinin Belarusda demokratik proseslərə və demokratiya institutlarının fəaliyyətinə mane olurlar”, məlumatda deyilir.
Xatırladaq ki, Belarusa qarşı ilk sanksiyaları 2006-cı ildə ABŞ prezidenti Corc Buş tətbiq edib.
2016-cı ilin fevralında isə Avropa İttifaqı Şurası Belarusa qarşı tətbiq edilən sanksiyaları aradan qaldırıb.