azia.az
azia.az

ABŞ prezidenti Ər-Riyada qarşı sanksiyaları nəzərdən keçirməyə hazırdır

22-11-2018, 00:41

ABŞ prezidenti Ər-Riyada qarşı sanksiyaları nəzərdən keçirməyə hazırdır
Amerika lideri Donald Tramp Konqres üzvlərinin Səudiyyə Ərəbistanına qarşı sanksiyaların tətbiq edilməsi ilə bağlı təkliflərini nəzərdən keçirməyə hazırdır.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Maykl Pompeo deyib.Onun sözlərinə görə, söhbət səudiyyəli müxalifətçi jurnalist Camal Qaşıqçının qətli barədə cinayət işi ilə bağlı Ər-Riyada qarşı ABŞ-ın tətbiq edə biləcəyi mümkün sanksiyalardan gedir.Pompeo həmçinin qeyd edib ki, Tramp görülən tədbirləri yetərli hesab edir.Dövlət katibi bildirib ki, ABŞ insan haqlarını həmişə müdafiə etməyə hazırdır.Bundan əvvəl ABŞ prezidenti Səudiyyə Ərəbistanı şahzadəsi Məhəmməd bin Salmanın Camal Qaşıqçının qətlə yetirilməsindən xəbərdar olduğunu bildirib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi