azia.az
azia.az

Monqolustan quzusunun kababının dadı necə olur? - TEST OLUNDU

Bu gün, 11:44

Son aylar Azərbaycanda ən çox müzakirə olunan mövzulardan biri xaricdən gətirilən ətlərdir. Xüsusilə Monqolustandan gətirilən dondurulmuş quzu ətləri yerli alıcılar tərəfindən birmənalı qarşılanmır. Qeyd edək ki, Monqolustan ətlərin qiyməti yerli bazarda 11-14 manat arasında dəyişir.

Bəziləri heyvanların islami qaydalarla kəsilmədiyini, bəziləri isə dadının yerli ətdən çox fərqli olduğunu iddia edirlər. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin halal kəsimlə bağlı yaydığı açıqlamada bildirilir ki, əgər ölkəyə məhsul idxal edən şəxs bəyan edirsə ki, ölkəyə "halal ət" və yaxud "halal kolbasa" gətirir, o zaman bəyan etdiyi məlumatla, gətirilən məhsulun faktiki tərkibi laborator analizə cəlb edilir və müvafiq qərar verilir. Yəni "halal" standartı isə məcburi yox, könüllüdür.

Monqolustan quzusunun dadı da insanlara maraqlıdır.

Day.Az xəbər verir ki, Bakıda blogerlərdən biri "monqol əti"ni alıb və kabab bişirib. Alibaba Məmmədov adlı bloger Monqolustan ətindən bişirilən kababı yedikdən sonra onun dadı barədə sosial şəbəkələrdə paylaşım edib.


"Mən Monqolustan ətindən bişən kababın dadına baxdım. Bizim quzuların ətindən bişən kababın dadını verə bilməz. Kababı yerli quzular kimi yumşaq deyil, bərkdir. Yəni yerli quzuları əvəz edə bilməz".

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatlarına görə bu ilin yanvar-avqust aylarında Azərbaycan 373,4 min ABŞ dolları dəyərində 106,52 ton qoyun əti idxal edib. 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi