azia.az
azia.az

Bu halda cərimə borclarınız silinə bilər-Bankda krediti olanlara ŞAD XƏBƏR

26-05-2025, 08:00

“2023-cü ildə Mülki Məcəlləyə edilən dəyişikliyə əsasən, istehlak kreditləri üzrə cərimə illik 5%-i keçə bilməz. Cərimə yalnız 180 gün müddətinə hesablanır. Bu dəyişiklikdən əvvəl belə bir məhdudiyyət mövcud deyildi. Qeyd olunan dəyişiklik yalnız vətəndaşların götürdüyü istehlak kreditlərinə şamil olunur. Sahibkarlıq kreditlərinə isə bu məhdudiyyət aid deyil, əvvəlki qaydalar qüvvədə qalır”.

Bu fikirləri iqtisadçı ekspert Əkrəm Həsənov KONKRET.az-a açıqlamasında səsləndirib.


Əkrəm Həsənov

“Sahibkarlıq kreditlərində məhkəmələr cərimənin miqdarını həddən artıq çox hesab edərsə, onu azalda bilərlər. Xüsusilə, sahibkarlıq kreditləri ilə bağlı işlərdə məhkəmələr bu imkanlardan yararlanırlar. Təbii ki, cərimənin hamısı deyil, kreditin məbləği, hesablanmış faizlər, borcun vəziyyəti və digər amillər nəzərə alınaraq bir hissəsi silinə bilər. Yeni qayda yalnız 2023-cü ilin sonundan sonra bağlanmış müqavilələrə aiddir”.

Aynurə İsmayıl


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi