Mərkəzi bank daha 10 lisenziyanı ləğv etdi
Azərbaycan Mərkəzi Bankı (AMB) Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC-nin 10 filialının bank fəaliyyəti üçün lisenziyasını ləğv edib. Xəbər verilir ki, bu barədə AMB-dən bildirilib.
Məlumata görə, lisenziyası ləğv edilən poçt filialları Abşeron, Qəbələ, Qobustan, Balakən, Oğuz, Qax, Naftalan, Daşkəsən, Göygöl və Samuxda yerləşirlər. Bununla da bank lisenziya almış poçt filiallarının sayı 28-ə enib.
Qeyd edək ki, AMB sonuncu dəfə işğaldan azad edilmiş ərazilərdə yerləşən “Azərpoçt” MMC-nin Xankəndi filialına bank fəaliyyəti üçün lisenziya vermişdi.