azia.az
azia.az

Azərbaycan kərə yağını hansı ölkəyə və neçəyə satır? - Cədvəl

Dünən, 23:05

Cari ilin yanvar-avqust aylarında Azərbaycandan xarici ölkələrə 7 min 392,02 ton miqdarında kərə yağı ixrac olunub.

Valyuta.az rəsmi məlumatlara istinadən xəbər verir ki, bu miqdarda məhsul satışından 45 milyon 784,83 min ABŞ dolları gəlir əldə olunub. İxrac olunan kərə yağının bir kiloqramının orta gömrük qiyməti 6,19 ABŞ dolları və ya 10,5 manat olub. 

Bu dövrdə ölkəyə idxal olunan kərə yağının miqdarı 18 min 165,64 ton, dəyəri isə 97 milyon 97,14 min ABŞ dolları olub.

Azərbaycanın yağ satdığı ölkələr və onun qiyməti ilə aşağıdakı cədvəldən tanış ola bilərsiniz:

ÖlkələrMiqdar (ton)Məbləğ (min ABŞ dolları)Bir kiloqram üçün orta qiymət
   ABŞ dolları (manat)
Rusiya          7.386,46                                45.738,68                                         6,19 (10,5)
İraq2,9928,88                                         9,65 (16,4)
Gürcüstan2,5417,27                                         6,8 (11,56)



Valyuta.az

Əvəz Həsənov


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi