azia.az
azia.az

Bi ŞİRKƏTİN istehsalı və SATIŞI DAYANDIRILDI-TƏCİLİ

20-08-2024, 13:22

"Səba" Açıq Səhmdar Cəmiyyəti istehsalı və satışı dayandırıb.

Azia.az bloqu bildirir ki, bununla bağlı müvafiq qərar qəbul olunub.

Şirkətdən iqtisadiyyat.az-a istehsalın və satışın dayandırılması faktı təsdiqlənib.

Qeyd edilib ki, istehsal və satış avqustun 1-dən etibarən dayandırılıb və şirkətin özünə məxsus satış məntəqələri bağlanıb. Qərarın səbəbi açıqlanmayıb və hazırda şirkətin işçilərinin taleyi ilə bağlı məsələnin də sual altında olduğu vurğulanıb.

"Bəzi əməkdaşlar artıq şirkətdən ayrılıb, digərləri isə özlərinə yeni iş axtarışındadırlar", - məlumatda qeyd edilib.

Qeyd edək ki, ölkə üzrə marketlərdə bir müddətdir "Səba"nın məhsullarına rast gəlinmir.

Xatırladaq ki, ASC-nin digər broyler şirkətlərindən biri tərəfindən alındığı iddia olunur. 1997-ci ildə dövlət qeydiyyatına alınan "Səba" ASC-nin nizamnamə kapitalı 4,8 milyon manata yaxındır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi