Deputat: "Azərbaycanda elektron pullar dövriyyəyə buraxılacaq"
"Azərbaycanda elektron pulların dövriyyəyə buraxılması gözlənilir. Mərkəzi Bank yerli bir təşkilata müddətsiz elektron pul lisenziyası təqdim edib və digər müraciətləri qiymətləndirir".
Bu sözləri deputat bildirib. Onun sözlərinə görə, indiyədək 20-dən çox təşkilat bu lisenziyaya müraciət edib: ""Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" Qanuna görə, elektron pul təşkilatları elektron pul emissiyası və əlaqəli ödəniş əməliyyatlarını həyata keçirə bilər. Bu, ödəniş sistemini asanlaşdıraraq kağız pulların istifadəsini azaltmaq potensialına malikdir. Elektron pullar həmçinin şəffaflığı artırır və vətəndaşlar üçün elektron yığım və pul bazarında əməliyyatlar hesabına gəlir mənbəyi ola bilər. Qlobal olaraq, 2023-cü ildə digital ödəniş bazarının gəlirləri 111.2 milyard dollar olub".