azia.az
azia.az

"Yaşıl dövlət satınalmaları: Azərbaycanın yaşıl inkişaf strategiyasının aparıcı qüvvəsi" mövzusunda seminar keçirilib

8-05-2024, 11:38


Tədbirdə ölkəmizdə yaşıl və dayanıqlı dövlət satınalmalarının tətbiqi məsələlərimüzakirə edilib.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti vəDünya Bankının “Avropa və Mərkəzi Asiya Regionunda (ECA) yaşıl dövlət satınalmalarının (GPP) tətbiq edilməsi” təşəbbüsü çərçivəsində fəaliyyət göstərən "Impacti Solutions" təşkilatının birgə təşkilatçılığı ilə seminar keçirilib. "Yaşıl dövlət satınalmaları: Azərbaycanın yaşıl inkişaf strategiyasının aparıcı qüvvəsi" mövzusunda baş tutan seminaraölkədə satınalmaların planlaşdırılması,həyata keçirilməsi və monitorinqi ilə məşğul olan dövlət qurumlarının nümayəndələri ilə yanaşı, dövlət satınalmalarında iştirak edən sahibkarlıq subyektləri də qatılıb.

Seminarın keçirilməsində əsas məqsəd iştirakçılara yaşıl dövlət satınalmalarının əsas elementləri və ümumilikdə yaşıl satınalma konsepsiyaları haqqında ətraflıməlumat vermək,bu sahədə qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla Azərbaycanda mövcud satınalma proseslərinin yaşıl dövlət satınalmalarıprinsiplərinə inteqrasiyasını gücləndirməkdir. 

Tədbirin açılış nitqini Dövlət Xidmətinin rəis müavini Cəfər Babayev vəDünya Bankının Azərbaycan üzrə ölkə meneceri Ştefani Ştalmeyster(Stefanie Stallmeister)ediblər. Daha sonra Dövlət Xidmətinin Dövlət satınalmalarına nəzarət şöbəsinin müdiri Əhməd Həsənov, Dünya Bankının eksperti Günel Səfərəliyeva və "Impacti Solutions" təşkilatının eksperti Olena Maslyukivskamüvafiq olaraq dövlət satınalmaları sahəsində qanunvericiliyin tələbləri və yaşıl dövlət satınalmaları ilə bağlıtəqdimatla çıxışediblər.

Dövlət Xidmətinin rəis müavini Cəfər Babayev hazırda dünyanın 130-a yaxın ölkəsindəyaşıl dövlət satınalmaları konsepsiyası və layihələrinin uğurla tətbiq olunduğunu diqqətə çatdırıb. Qeyd edilib ki, yaşıl dövlət satınalmalarının mövcud qanunvericiliyə inteqrasiyası, bu istiqamətdə ictimai məlumatlandırma strategiyasının hazırlanması, müvafiq maarifləndirmə tədbirlərinin aparılması planlaşdırılır.

İnteraktiv formada təşkil olunmuş tədbirdə ölkəmizdə yaşıl dövlət satınalmalarının həyata keçirilməsi üçün potensial imkanlar, cari vəziyyətin qiymətləndirilməsində mövcud alətlərmüzakirə olunub, beynəlxalq təcrübədən nümunələr üzərində araşdırmalar aparılaraq praktiki tapşırıqlar yerinə yetirilib. 

Tədbirin yekununda 2024-2027-ci illər üçün Azərbaycanda yaşıl dövlət satınalmaları sahəsinin inkişafı məqsədiləəsas prioritetlərin hazırlanması istiqamətində birgə fəaliyyət məsələləri müzakirə edilib.

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi