azia.az
azia.az

“Enerji istehsalında ciddi artımlar zəruridir” - Açıqlama

20-12-2023, 12:53

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın elektrik enerjisinin ixracı 2 milyard 752,7 milyon kVt/s, idxalı isə 200,8 milyon kVt/s olub. Bu barədə Energetika Nazirliyi məlumat yayıb.

 

Açıqlanan statistikanı qənaətbəxş saymaq olarmı?

 

Mövzu ilə bağlı Sfera.az-a danışan iqtisadi ekspert Eldəniz Əmirov bildirib ki, hazırda ixracın idxaldan 13 dəfə ( 2 752 milyon kVt/s və 200 milyon kVt/s ) çox olmasına baxmayaraq, hansısa qorxulu hal yaşanmır:

 

“Amma narahatedici məqam odur ki, inkişaf dinamikası xoşagələn deyil. Çünki, idxalın 59%-lik artım dinamikasını hesablasaq 2028-ci ildə idxal edilən elektrik enerjinin həcmi bu il ixrac etdiyimiz enerjiyə gəlib çatacaq. 2030-cu ildə isə isə ixrac 8,1% artsa belə, 59%-li artıma görə idxal ixracı üstələyəcək”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi