azia.az
azia.az

Vergi ödəyicilərinə xidmət sosial məsuliyyət meyarlarına uyğun həyata keçirilir

6-12-2023, 22:53


İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən vergi sistemində aparılan islahatların mühüm bir istiqaməti vergi ödəyicilərinə göstərilən xidmətlərin təkmilləşdirilməsinə yönəldilib. Vergi ödəyiciləri üçün daha üstün xidmət standartlarının tətbiqi, vətəndaş məmnunluğunun artırılması və vergi xidmətlərinin keyfiyyətinin yüksəldilməsi diqqət mərkəzində saxlanılır.

Məlum olduğu kimi, Dövlət Vergi Xidmətinin Vergi ödəyicilərinə xidmət mərkəzlərində xidmətlərin göstərilməsi zamanı növbəlilik prinsipi tətbiq edilir. Bununla yanaşı, bir sıra kateqoriya vətəndaşlara vergi xidmətləri göstərilən zaman növbədə üstünlük tətbiq edilir. Belə ki, şəhid ailəsinin üzvləri, Vətən Müharibəsi Qəhrəmanları, Azərbaycanın Milli Qəhrəmanları, müharibə veteranları, əlilliyi, o cümlədən müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, Vətən müharibəsi iştirakçıları, hamilə qadınlar, əmək pensiyası hüquqlarının yaranması yaşına çatmış şəxslər Vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etdikdə onlara növbədə üstünlük verilməklə, yəni növbədə gözləmədən  xidmətin göstərilməsi təmin edilir. Bu kateqoriyalara aid vətəndaşların növbə gözləmədən xidmət əldə etmələri üçün müvafiq təsdiqedici sənədlərin olması kifayətdir. 

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi