azia.az
azia.az

Dövlət Xidmətinin nümayəndələri Gürcüstana səfər edib

20-04-2023, 18:38


Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndələri Tbilisi şəhərində dövlət satınalmalarına həsr olunan seminarda iştirak ediblər.

Gürcüstanın Dövlət Satınalmaları Agentliyinin dəvəti ilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndə heyəti Gürcüstana səfər edib. Səfər çərçivəsində Dövlət Xidmətinin nümayəndələri “Gürcüstanda davamlı dövlət satınalmaları konsepsiyasının tətbiqi: tətbiq alətləri, icra çətinlikləri və ən yaxşı beynəlxalq təcrübələr” mövzusunda seminarda iştirak edib. Qeyd edək ki, ABŞ-ın Ticarət Departamenti Kommersiya Hüququnun İnkişafı Proqramı çərçivəsində təşkil edilən seminar 19-20 aprel tarixlərini əhatə edir.

Səfər zamanı həmçinin Dövlət Xidməti əməkdaşlarının Gürcüstandan olan həmkarları ilə ikitərəfli görüşü keçirilib, Gürcüstanın Dövlət Satınalmaları Agentliyi ilə dövlət satınalmaları üzrə əməkdaşlıq əlaqələrinin mövcud vəziyyəti və inkişaf perspektivləri barədə müzakirələr aparılıb.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi