azia.az
azia.az

Mərkəzi Bank 740 kq qənd, 304 kq çay, 204 kq kofe alır - Vergi borcu olan şirkətlə müqavilə

24-02-2023, 12:45


Mərkəzi Bank "Ofis Plus” MMC ilə satınalma müqaviləsi imzalayıb. 

Qaynarinfo xəbər verir ki, maliyyə dəyəri 21 294.21 AZN olan müqavilədə ərzaq mallarının satın alınması nəzərdə tutulur. Mərkəzi Bankın alacağı məhsullar aşağıdakılardır:

Kəllə qənd 0,8 kq - 926 ədəd
Çay 0,5 kq - 609 ədəd
Kofe 190 qr - 1074 ədəd

Beləliklə, aydın olur ki, Mərkəzi Bank 740,8 kq kəllə qənd, 304,5 kq çay və 204,36 kq kofe almağı planlaşdırır.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Ofis Plus” MMC 14 oktyabr 2014-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 159 600 AZN təşkil edən şirkətin hüquqi ünvanı Bakı şəhəri Xətai rayonu, Xəqani Rüstəmov küçəsi, ev 6-da yerləşir. MMC-nin qanuni təmsilçisi Abdullayev Lətif Abdulla oğludur. 

"Ofis Plus” MMC ofis və məktəb ləvazimatları ilə yanaşı, qida məhsullarının da satışını həyata keçirir. 

Açıq mənbələrdə şirkətin qanuni təmsilçisi haqqında heç bir məlumat yoxdur. 

Şirkətin hazırda 5437,48 AZN vergi borcu var. "Dövlət satınalmaları haqqında” Qanun vergi borcu olan şirkətlərin satınalma müsabiqələrində iştirakını qadağan edir.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi