Qızıl ucuzlaşdı
Dünya bazarlarında qızılın qiyməti düşüb. Oxu24.com birjalara istinadən xəbər verir ki, Nyu-Yorkun “Comex” birjasında qızılın dekabr fyuçersləri 0,38 % və ya 6,65 ABŞ dolları ucuzlaşaraq 1 unsiyası 1 747,75 dollara satılıb. Gümüşün dekabr fyuçerslərinin qiyməti isə 1,05 % düşərək 1 unsiyası 20,777 ABŞ dolları təşkil edib.
Treyderlər ABŞ-da monetar siyasətin perspektivlərini ehtiyatla qiymətləndirirlər. Əksər analitiklər dekabr ayında uçot dərəcəsinin növbəti artımını gözləyirlər. Monetar siyasətin sərtləşdirilməsi qızılın qiymətinə mənfi təsir göstərir. Həmçinin, hazırda bazar dolların digər əsas dünya valyutalara qarşı müəyyən qədər möhkəmlənməsindən təsirlənir ki, bu da qızılı digər valyutalarla alış üçün əlçatan edir.