Dollarla bağlı VACİB İRƏLİLƏYİŞ
ABŞ-da inflyasiyanın gözlənildiyindən daha sürətlə getməsi Federal Ehtiyat Sisteminin (FED) dekabr toplantısında faiz artımına əngəl törətməsi ehtimalı reallaşmağa başlayıb.
Azia.az Haber Türk-ə istinadən xəbər verir ki, bu, dolların qlobal miqyasda zəifləməsinə səbəb olsa da, dollar, Türk lirəsi (TL) nisbəti günə 18,51 səviyyəsindən başlayıb. Göstəricilər səhər saatlarında cari kəsir məlumatlarından sonra 18,56 səviyyəsinə yüksəlsə də, günorta 18.53-ə qədər azalıb. Avro və dollar nisbəti 1,02-in üzərinə qalxarkən, Avro və TL-də səhər saatlarında rəqəmlər 19-u göstərib.
Dünən ABŞ-da açıqlanan inflyasiya məlumatları bazarlara damğasını vurub. ABŞ-da istehlak qiymətləri oktyabr ayında bir əvvəlki ilin eyni ayına görə 7,7% artıb. Gözləntilər artımın 7,9 faiz olacağı idi, lakin sentyabrda illik inflyasiya 8,2 faiz şəklində açıqlandı. Bu məlumatlardan sonra FED-in dekabr toplantısında faiz dərəcəsini 75 deyil, 50 bənd artırma ehtimalı yarandı və qiymət artımı başladı.
"CME FedWatch Tool"da aparılan araşdırmalara görə, inflyasiya məlumatlarından əvvəl FED-in faiz dərəcələrini 50 bənd artırma ehtimalı 52 faiz, faiz dərəcələrini isə 75 bənd artırma ehtimalı 48 faiz idi. Məlumatlardan sonra 50 bəndlik artım ehtimalı 80,6 faizə yüksəlib, 75 bəndlik artım ehtimalı isə 19,4 faizə qədər düşüb.
Bu o deməkdir ki, son 4 yığıncağında 75 baz bənd artım qərarı verən FED-in əyləci basmaq vaxtıdır. Dolların əsas valyutalar qarşısında performansını göstərən dollar indeksi dünənki, yəni 110,8-dən, bu gün səhər saatlarına kimi 108,1-ə düşüb.
Təbii olaraq bu dəyişikliklər Dollar-TL nisbətinə də öz təsirini göstərib. Qlobal ucuzlaşmaya paralel olaraq dünən dollar 18,58 lirədən 18,50 lirəyə düşüb.
Səhər saatlarında 1 dollar 18,51 lirə olsa da, sentyabr ayının cari kəsir məlumatları açıqlandıqdan sonra 18,56 səviyyəsinə qədər yüksəlib. Günorta isə 18.53-ə qədər azalıb.