Azərbaycanda ən çox hansı məhsullar bahalaşıb?
Bu ilin oktyabr ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi sentyabr ayına nisbətən 102,2%, ötən ilin oktyabr ayı ilə müqayisədə isə 121% təşkil edib.
"Margin.az" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumata görə, ay ərzində ayrı-ayrı ərzaq məhsullarından daha çox artım unun, makaron məmulatlarının, peçenyenin, vaflinin, mal, qoyun və toyuq ətinin, təzə balığın, südün, yoqurtun, kəsmiyin, xamanın, pendirin, yumurtanın, qarğıdalı yağının, portağalın, bananın, pomidorun, kartofun, soğanın, çuğundurun, yerkökünün, şəkər və şəkər tozunun, konfetlərin, çayın, meyvə şirəsinin, arağın qiymətində müşahidə edilib.
Əlavə edək ki, azalma isə əsasən almanın, naringinin, limonun, xiyarın, kələmin, balqabağın, sarımsağın, göy lobyanın qiymətlərində müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.