azia.az
azia.az

Azərbaycanda hansı məhsullar bahalaşıb? - FOTO

11-11-2020, 18:37

Azərbaycanda hansı məhsullar bahalaşıb? - FOTO

2020-ci ilin oktyabr ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,3 faiz təşkil edib.

Azia.Az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, bu göstərici ötən ilin oktyabr ayına nisbətən isə 104,4 faiz olub. Yəni, bu məhsulların cari qiyməti ötən aya nisbətən 0,3 faiz, ötən ilin oktyabr ayına nisbətən isə 4,4 faiz bahalaşıb.

2020-ci ilin oktyabr ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma uzun düyünün, qarabaşaq yarmasının, makaronun, toyuq ətinin, xamanın, brınza pendirinin, günəbaxan yağının, portağalın, bananın, qozun, fındığın, xiyarın, pomidorun, bibərin, badımcanın, yerkökünün, çuğundurun, kartofun, soğanın, şəkər və şəkər tozunun, şokoladlı konfetlərin, ucuzlaşma isə əsasən təzə balığın, limonun, naringinin, almanın, armudun, heyvanın, narın, xurmanın, kivinin, kələmin, balqabağın, göy lobyanın, sarımsağın qiymətlərində müşahidə olunub.

Digər ərzaq məhsullarının qiymətlərində isə ciddi dəyişikliklər baş verməyib.

2020-ci ilin oktyabr ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,1 faiz, əvvəlki ilin oktyabr ayına nisbətən 101,4 faiz təşkil edib. Yəni, qeyri-ərzaq məhsullarının qiyməti ötən aya nisbətən 0,1 faiz, ötən ilin oktyabr ayı ilə müqayisədə isə 1,4 faiz bahalaşıb.

2020-ci ilin oktyabr ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100 faiz, əvvəlki ilin oktyabr ayına nisbətən 100,3 faiz təşkil edib. Bununla da əhaliyə göstərilən xidmətlərin dəyəri ötən aya nisbətən sabit qalsa da, ötən ilin oktyabr ayına nisbətən 0,3 faiz artıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi