azia.az
azia.az

"Azexport"a 356 milyon dollarlıq sifarişlər daxil olub

31-10-2022, 15:46


"Azexport.az" portalına bu ilin yanvar-sentyabr aylarında 356,3 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub.

"Margin.az" xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təqdim etdiyi "İxrac icmalı"nın oktyabr sayında bildirilib.

"Azexport.az" portalına ötən ay daxil olan ixrac sifarişlərinin dəyəri isə 35,1 milyon ABŞ dolları təşkil edib. "Azexport.az" portalına bu ilin sentyabr ayında edilən ixrac sifarişlərində alma, xurma, qoz, pomidor, qurudulmuş meyvə, kərə yağı, mühərrik yağı, tikinti materialları, aliminium ərintiləri, buğda kəpəyi, düyü, nar, fındıq və s. məhsullar üstünlük təşkil edib.

Məlumata görə, 2017-ci ilin yanvar ayından 2022-ci ilin 30 sentyabr tarixinə kimi (69 ay ərzində) Azexport.az portalına dünyanın 145 ölkəsindən  daxil olan ixrac sifarişlərinin dəyəri 3,048 milyard ABŞ dolları təşkil edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi