azia.az
azia.az

Nazirlər Kabinetindən ixracla bağlı mühüm QƏRAR

9-10-2016, 10:24

Nazirlər Kabinetindən ixracla bağlı mühüm QƏRAR
Azərbaycanda spirtli içkilər, meyvələr, meyvə şirələrinin ixracı dövlət tərəfindən təşviq olunacaq
Nazirlər Kabineti “İxrac təşviqi şamil olunacaq qeyri-neft məhsullarının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə Siyahısı”nı və “Məhsulların növündən asılı olaraq ixrac təşviqinin baza məbləğinə tətbiq olunacaq Əmsallar”ı təsdiq edib.

APA-nın məlumatına görə, ixrac təşviqi şamil olunacaq qeyri-neft məhsullarının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə siyahısına təbii bal, qurudulmuş meyvələr, xurma, nar, unlu qənnadı məmulatları, o cümlədən paxlava, şəkərbura kimi şərq şirniyyatları, sirkə və ya sirkə turşusu ilə konservləşdirilmiş tərəvəz, meyvə, qoz-fındıq, sirkəsiz və ya sirkə turşusuz hazırlanmış və ya konservləşdirilmiş pomidor, sirkəsiz və ya sirkə turşusuz hazırlanmış və ya konservləşdirilmiş, dondurulmamış digər tərəvəzlər, şəkər vasitəsilə konservləşdirilmiş tərəvəz, meyvə, qoz-fındıq.cemlər, mürəbbələr, meyvə jelesi, marmeladlar, meyvə və ya qoz-fındıq püresi, meyvə və ya qoz-fındıq pastası, başqa üsulla hazırlanmış və ya konservləşdirilmiş meyvələr və qoz-fındıq, o cümlədən qablaşdırılmış qoz, fındıq və badam daxildir.

Siyahıda meyvə və tərəvəz şirələri, o cümlədən nar şirəsi, souslar və ədviyyatlar, təbii və ya süni mineral sular, qazlı sular, alkoqolsuz içkilər, təbii üzüm şərabları və üzüm suslosu,v ermutlar və bitki və ya aromatik ekstraktların əlavəsi ilə digər təbii üzüm şərabları, konyak, brendi, likörlər və digər spirtli içkilər, üzüm şərablarının distillatları, naftalan mazı, təbii dəridən geyim əşyaları və digər məmulatlar, ipək parçalar, əllə toxunmuş xovlu xalçalar, əllə toxunmuş xovsuz xalçalar, pambıq ipliyindən geyim əşyaları, ləvazimatları və digər hazır toxuculuq məmulatları, üstü təbii dəridən olan ayaqqabılar da yer alıb.

Qeyd edək ki, ixrac təşviqinin baza məbləği ixrac əməliyyatlarına görə faktiki ixrac olunmuş malın ixrac gömrük bəyannaməsində nəzərdə tutulan gömrük dəyərinin 3 faizini təşkil edir. Məhsulların növündən asılı olaraq ixrac təşviqinin baza məbləğinə əmsallar tətbiq olunacaq. Beləliklə, ixrac təşviqi hesablanarkən təbii balla bağlı baza məbləğinə 1,5, qurudulmuş meyvələrlə bağlı 1,5, xurma və nar ilə bağlı 1, unlu qənnadı məmulatları, o cümlədən paxlava, şəkərbura kimi şərq şirniyyatları ilə bağlı 1,5,sirkə və ya sirkə turşusu ilə konservləşdirilmiş tərəvəz, meyvə, qoz-fındıqla bağlı 1,5, sirkəsiz və ya sirkə turşusuz hazırlanmış və ya konservləşdirilmiş pomidor, sirkəsiz və ya sirkə turşusuz hazırlanmış və ya konservləşdirilmiş, dondurulmamış digər tərəvəzlərlə bağlı 2, şəkər vasitəsilə konservləşdirilmiş tərəvəz, meyvə, qoz-fındıqla bağlı 1,5, cemlər, mürəbbələr, meyvə jelesi, marmeladlar, meyvə və ya qoz-fındıq püresi, meyvə və ya qoz-fındıq pastası, başqa üsulla hazırlanmış və ya konservləşdirilmiş meyvələr və qoz-fındıq, o cümlədən qablaşdırılmış qoz, fındıq və badamla bağlı 2 əmsalı tətbiq olunacaq. O cümlədən meyvə və tərəvəz şirələri, o cümlədən nar şirəsi, souslar və ədviyyatlarla bağlı 2, təbii və ya süni mineral sular, qazlı sular, alkoqolsuz içkilər ilə bağlı 1,5, təbii üzüm şərabları və üzüm suslosu, vermutlar və bitki və ya aromatik ekstraktların əlavəsi ilə digər təbii üzüm şərabları 2, konyak, brendi, likörlər və digər spirtli içkilər, üzüm şərablarının distillatları, naftalan mazı və təbii dəridən geyim əşyaları və digər məmulatlarla bağlı 2, ipək parçalar ilə bağlı 1,5, əllə toxunmuş xovlu xalçalar, əllə toxunmuş xovsuz xalçalar, pambıq ipliyindən geyim əşyaları, ləvazimatları və digər hazır toxuculuq məmulatları və üstü təbii dəridən olan ayaqqabılarla bağlı 2 əmsalı tətbiq ediləcək.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi