Dollara tələb artdı - HƏRRAC
Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə bu gün növbəti valyuta hərracı keçirilib.
Azia.az xəbər verir ki, hərracda tələb 67,4 milyon ABŞ dolları təşkil edib və tam təmin edilib.
Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.
Qeyd edək ki, 20 oktyabrda keçirilən hərracda tələb 53,2 milyon dollar olub.