azia.az
azia.az

Ümumdünya Standartlaşdırma Gününə həsr edilmiş tədbir keçirilib

15-10-2022, 21:44

 


   

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində (AİBNDX) Ümumdünya Standartlaşdırma Gününə həsr edilən tədbir keçirilib.

Tədbirdə AİBNDX-nin rəisi Məmməd Abbasbəyli standartlaşdırma sahəsində görülən işlər barədə məlumat verib, yeni standartların tətbiqinin proseslərin optimallaşdırılması, keyfiyyətin artırılması, insanların həyat və sağlamlığı, ətraf mühit və əmlakın mühafizəsi tədbirlərinin icrasında rolunu qeyd edib.

Azərbaycan Standartlaşdırma İnstitutunun baş direktoru İlham Bayramov qurumun Standartlaşdırma üzrə Normativ Sənədlərin Dövlət Fondunda olan milli və dövlətlərarası standartlar və onların əhatə etdiyi sahələr barədə danışıb.

Türk Standartlar İnstitutunun təmsilçisi Gülhan Yüzereroğlu standartlar sahəsində mövcud olan səmərəli əməkdaşlıq barədə fikirlərini bildirib.

Tədbirin sonunda Azərbaycan Standartlaşdırma İnstitutunun fəaliyyətinə dair təqdimat keçirilib.

 

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi