azia.az
azia.az

Britaniya şirkəti Azərbaycanda nə qədər mis istehsal edib?

13-10-2022, 16:14


Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın "Anglo-Asian Mining" şirkəti "Gədəbəy" müqavilə ərazisi üzrə bu ilin yanvar-sentyabr ayları və üçüncü rübü üzrə hasilat nəticələrini açıqlayıb.

"Margin.az" şirkətə istinadən xəbər verir ki, şirkət bu ilin üçüncü rübündə ölkədə 609 ton mis istehsal edib. Bu göstərici, ötən ilin eyni dövründə 573 ton təşkil edib.

"Anglo-Asian Mining" şirkəti bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 1,892 ton mis istehsal edib. Bu göstərici, ötən ilin ilk 9 ayında isə 1,906 ton təşkil edib.

Əlavə edək ki, "Anglo-Asian Mining" Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) müqaviləsi çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51%, "Anglo-Asian Mining Plc." şirkətinin payı 49% təşkil edir. İlk qızıl hasilatına "Gədəbəy" yatağında 2009-cu ildə başlanılıb


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi