Nazirlik 1.7 milyon manatlıq tenderə yekun vurdu
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi "Modern Construction" MMC ilə dəyəri 1,7 milyon manat olan müqavilə imzalayıb.
"Margin.az" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, müqavilədə Qobustan rayonun (Abşeron rayonu inzibati ərazi vahidində) ərazisində inşa olunan yeni Pestisid poliqonuna giriş-çıxış yolunun çəkilməsi işləri nəzərdə tutulur.