Bakı və ölkənin bütün rayonlarında kartofun qiyməti bahalaşıb.
Qaynarinfo xəbər verir ki, bazar, mağaza və marketlərdə satışa çıxarılan təzə kartofun 1 kilosu 1,7-2 manat arasında satılır.
Köhnə kartofun qiyməti isə 1-1,2 qəpik arasında dəyişir.
Satıcılar bunun səbəbini kartofun topdansatış qiymətinin baha olması ilə əlaqələndirib.