Azərbaycanda bu məhsul kəskin bahalaşdı - VİDEO
Duru yağların qiymətində kəskin bahalaşma var.
Xəbər verilir ki, satıcı Anar Əliyev "Xəzər Xəbər"ə deyib ki, qiymət artımı əvvəllər daha az hiss olunurdu və qiymət fərqi 6 aydan bir yaranırdı.
Son iki ayda isə qiymətlərdə 2, hətta 3 dəfə artım müşahidə olunur. Bu da alıcı sayına təsir edir.
Satıcılar deyirlər ki, həftədə bir dəfə mağazaya duru yağ məhsulu qəbul olunur və hər dəfə də qiymət 1 manata yaxın qalxır.
Satıcılar və alıcılar kəskin qiymət artımlarını Rusiya-Ukrayna müharibəsi ilə əlaqələndirirlər.