Metropoliten 5 milyon manatlıq tenderə yekun vurdu
"Bakı Metropoliteni" QSC müxtəlif inert materiallarının satın alınması və daşınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
Dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verilir ki, tenderin qalibi “Az-Tek.In” MMC-dir.
Qalib şirkətə 5,024 milyon manat ödəniləcək.