azia.az
azia.az

Hökumətin yeni qərarı: Benzin və dizel bahalaşır?

24-08-2022, 17:13

Hökumətin yeni qərarı: Benzin və dizel bahalaşır?
Nazirlər Kabinetinin “Neft məhsullarının aksiz dərəcələri səviyyəsinin dəyişdirilməsi və ölkə ərazisində daşınması xərcləri ilə bağlı bəzi məsələlər haqqında” qərarı ilə Azərbaycanda “Aİ-92” markalı benzinin və dizel yanacağının aksiz dərəcələri artırılıb.

Sənədə əsasən, “Aİ-92” avtomobil benzininin aksiz dərəcəsi 42 faizdən 42,5 faizə, dizel yanacağının aksiz dərəcəsi 18 faizdən 18,3 faizə qaldırılıb.

Qeyd edək ki, qərar sentyabrın birindən qüvvəyə minir.

Bəs Nazirlər Kabinetinin bu qərarı “Aİ-92” və dizelin bahalaşmasına səbəb ola bilər?

İqtisadçı-ekspert Natiq Cəfərli Cebhe.info-ya açıqlamasında deyib ki, “Aİ-92” və dizelin qiymətini Tarif (qiymət) Şurası müəyyənləşdirir:

Hökumətin yeni qərarı: Benzin və dizel bahalaşır?
“Ona görə də daxili aksiz dərəcəsinin dəyişdirilməsi birbaşa qiymət artımına təsiri yoxdur, son qərarı məhz Tarif Şurası verir. Yeri gəlmişkən, aksiz dərəcəsinin artımı da nəzərəçarpacaq səviyyədə deyil. Yəni bunu bəhanə edib qiymət artımına gedə bilməzlər. Amma istehlakçılar, hansı ki, aksiz vergi ödəyiciləridir, onlar xərclərinin artmasını və gəlirlilik səviyyəsinin aşağı düşməsini bəhanə gətirərək bir müddət sonra Tarif Şurasına müraciət edə bilərlər. Amma istənilən halda son qərar hökumətdən asılı olacaq. Yəni Tarif Şurası aksiz və ya başqa vergi növlərinin artmasına baxmayaraq, qiymətləri yerində saxlaya bilər. Tarif Şurasının belə səlahiyyəti və imkanı var. Bu, sadəcə olaraq, təhlükə zəngidir, bahalaşmaya birbaşa səbəb deyil”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi