azia.az
azia.az

Aİ-92 markalı benzinin idxalı zamanı aksiz vergi dərəcəsi bir ton üçün 200 manatdan 1 manata endirilib

29-01-2022, 23:03


Aİ-92 benzini ilə bağlı QƏRAR
Nazirlər Kabineti “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri” haqqında qərarında dəyişiklik edib.
Aİ-92 markalı benzinin idxalı zamanı aksiz vergi dərəcəsi bir ton üçün 200 manatdan 1 manata endirilib
Xəbər verilir ki, Baş nazir Əli Əsədovun imzaladığı sənədə görə, Azərbaycana idxal edilən Aİ-92 oktan ədədi ilə avtomobil benzini gömrük rüsumundan azad edilib.

Dəyişikliyə əsasən, qeyd olunan benzin növləri üçün gömrük rüsumu 15 %-dən 0 %-ə endirilib.

Nazirlər Kabinetinin digər qərarı ilə Aİ-92 markalı benzinin idxalı zamanı aksiz vergi dərəcəsi bir ton üçün 200 manatdan 1 manata endirilib.

Bu qərar 2022-cu il 1 fevral tarixindən tətbiq olunacaq və iyunun 1-dək qüvvədə qalacaq.“Ölkə.Az”


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi